"Adım kimi əminəm, Xatirəyə pul verən olmayacaq"

"Adım kimi əminəm, Xatirəyə pul verən olmayacaq"Müğənni Xatirə İslam dünən verdiyi açıqlamasında efirə çıxmaq üçün telekanallardan pul tələb edəcəyini bildirib. O deyib ki, dünyanın hər bir ölkəsində efirə çıxan müğənniyə qonorar ayrılır, bu, Azərbaycanda da belə olmalıdır. Sənətçinin sözügedən fikirləri yeni müzakirələrin yaranmasına səbəb olub.
Open.az xəbər verir ki, Axşam.az məsələ ilə bağlı tanınmış televiziya aparıcıları və prodüserlər arasında sorğu keçirib.
"ATV maqazin onlarla" proqramının aparıcısı Afaq Gəncəli X.İslamın bu qərarını "gülünc" adlandırıb:
"Azərbaycanda Türkiyədə və Rusiyada olduğu kimi bu sistem yoxdur. Hətta Rusiyada belə bunu hamı etmir. Adama deyərlər, ayağını yorğanına görə uzat. Əgər efirdən pul istəyirsənsə, onda niyə toylara gedirsən? Toy müğənnisi olma, otur evində, efirdən pul al və çıx oxu. Müharibədən yeni çıxmış bir ölkədə və pandemiyanın olduğu dövrdə bu addım yanlışdır. Restoranlar tam açılmayıb, toylar yoxdur, necə efirdən pul istəyə bilərsən? Onun bu addımını digər ifaçılar atmayacaq. Çünki hamıya reklam lazımdır. İndi hamı piar arxasınca qaçır. Bəlkə nə vaxtsa bu cür sistem bizdə qurular, o vaxta qədər də Xatirə qalar, ya qalmaz, bilmək olmaz. Arxı tullanmadan, hop deməsin. Bunu dünya ulduzları edər. Pul verəcəm, Xatirə gəlib verilişimdə nə edəcək? Mahnı oxuyacaq? Onun mahnısını "Youtube"da, radioda dinləyirəm də... O dünya ulduzlarıdır pulla kanala çıxır, şou göstərir, rəqs edir. Xatirə bunu edəcək? Bunu Azərbaycanda Aygün Kazımova, Röya Ayxan deyə bilər. Xatirə nə edib ki, kanaldan pul istəyir? Gəlmir verilişə? Heç kim də çağırmayacaq. Nə olacaq? Oturub evində unudulacaq. Gözdən uzaq, könüldən iraq. Adım kimi əminəm ki, alınmayacaq. Sabah Xatirə İslam mütləq hansısa bir verilişə qonaq olacaq. Özü də pul almadan. Onda soruşmayacaqlar ki, bəs niyə çıxdın? Atdığın addımı ağır at. Ola bilər ki, kimsə yeni veriliş açar, səni pulla gətirər. Mənim kimi aparıcılar isə bunu etməyəcək. Xatirə də unudulub gedəcək".
"Adım kimi əminəm, Xatirəyə pul verən olmayacaq""SOY" prodakşının rəhbəri, rejissor Oqtay Əliyev bildirib ki, Xatirə İslam bu fikri gündəmdə qalmaqdan ötrü atıb:
"Dünya televiziyasında belə qayda var: Tarkan, Alla Puqaçova, Karli Minoq və digər məşhur sənətçilərlə müqavilə bağlayırlar ki, ilin sonuna qədər eksklüziv beş-altı mahnı hazırla. Yeni il gecəsi ancaq bizim kanalda ol. Heç bir kanalda o mahnılar başqa yerdə olmayacaq, ona görə də bu qədər qonorar veririk. Telekanal isə bir ay qalmış həmin adamın simasını göstərir və özünə sponsor yığır. Özü də elə müğənni olmalıdır ki, xalq səbirsizliklə gözləsin. Gəlir öz mahnılarını oxuyur, rəqs edir, tamaşaçı baxır, kanal reytinq qazanır və müğənniyə ödədiyi 5 manatın yerinə 7 manat qazanır. Bizim müğənnilərlə bağlı isə bu cəfəngiyatdır. Sən gəlməyəcəksən, başqasını çağıracağıq. Təsəvvür edin, hər müğənniyə bir proqram üçün 250 manat pul verirsən. Kanal gündə ən az 10 qonaq çağırır, bu da edir 2500 manat. Ən maraqlı türk, yapon serialının bir bölümünü isə 300 manata almaq olur. Günə o seriallardan dördünü verib reklamdan qazanmaq olar. Serial daha çox baxılır, reklam da bol olur. Ya da gedib 2 min verib Beyonsun bir konsertinin videosunu alıb nümayiş etdirərəm. Tamaşaçı da baxıb ləzzət alacaq. Bəs, Azərbaycan müğənnisi gəlib nə göstərəcək? Əgər sən gəlib kanaldan pul tələb edirsənsə, kanal da səndən başqa şey tələb edəcək. Gəlib oxuduğun mahnıların yüksək performansı olmalıdır, ətrafında rəqqaslar çıxış etməlidir, hər mahnıya ayrı geyim geyinməlisən. Yoxsa ki, mikrofonu qoltuğuna qoyub əl çalmamalısan. Daha fonoqram, toyda oxuduğun "Bağdagül" burda getməyəcək. Pul verirəmsə bitdi, əvəzində mən də bunu istəyirəm. Gəl dediklərimi et, sənə pul verim. Səhnə geyimi başqadır, sənin həyatda geyindiyin başqa. Azərbaycanda bu gün müğənnilərin kraliçası Flora Kərimovadır. İstənilən vaxt zəng edirsən gəlib oxuyur, dinləyicilərini feyziyab edir.
Müharibə dövründə ortada görünən cəmi 7-8 xanəndəmiz və Mübariz Tağıyev, Nərmin Kərimbəyova, Elvin Abdullayev kimi sənətçilər idi. Bir-iki müğənni klip çəkdi, mahnı oxudu. Siz harada idiniz? Çoxu çəkildi kənara. Rusiyada məşhurlaşıb, toyda oxuyanların səsi çıxmadı. Biri şəhid anasının dərdinə şərik olmadı. Faiq Ağayev efirə çıxıb dedi ki, şəhid anaları, mən də sizin oğlunuzam. Bunu eşidən şəhid anası da bir az sevindi. İndi gündəm başqadır, bitdi sizin davalarınız. Efirə çıxıb danışırlar ki, saytda məni biabır etdilər, filan başlığı yazdılar. Deyirəm, mənə bir sayt və jurnalist adı denən. Bilmirlər. İnstaqramda gördükləri hər səhifəni "sayt" adlandırırlar. Çıx denən filan bloqqer məni biabır etdi. Saytların adını çəkmə. Bu saytın rəhbəri var, orada təhsil alan jurnalistlər çalışır. Onlar pul qazanır, sənin çirkin əməlinə, sosial şəbəkədə söyülməyinə görə pul aparmır evinə. Bunları yaxşı mənada biabır etmək lazımdır. Siz bu gün başqa problemsiniz. İplərini yığmaq lazımdır. Bunları sığalladıq, çox oldu. Xatirə xanımın ehtiyacı yoxdursa, televiziyanın da ona ehtiyacı yoxdur. Vaxt var idi siz kanala ödəniş edirdiniz. Gözümlə görmüşəm ki, aparıb kassaya pul ödəyirdiniz. İndi deyirlər ki, kanallar rədd olsun. Hər biriniz toylarınızın olmasına, tanınmağınıza görə televiziyaya, saytlara və jurnalistlərə borclusunuz".
"Adım kimi əminəm, Xatirəyə pul verən olmayacaq"Aparıcı Zaur Kamalın sözlərinə görə, Xatirənin bu istəyini gerçəkləşdirmək mümkün deyil:
"Yaxın 3-4 ildə Azərbaycanda bu cür sistem ümumiyyətlə gözlənilməsin. Bu mövsüm Xatirəni bircə dəfə efirə çağırdıq, onda da dedi ki, kökəlmişəm, arıqlayım gələcəm. Şəxsən mən pulla Xatirəni verilişimə dəvət etmərəm. Bu istək normal deyil. Onda gərək aparıcı da müğənnini efirdə istədiyi kimi istifadə etsin. Qonorar verirəmsə, onda gərək müğənni şou göstərsin, canlı oxusun. Əgər Xatirə İslamın bu qərarına digər ifaçılar da dəstək olarsa, efirə çağırmağa müğənni qalmazsa, onda format dəyişərik. Kimsə cüzi qonorar ödəyə bilər, amma indiki halda heç bu da mümkün deyil".
Prodüser, aparıcı Tarix Əliyev (Tolik) qeyd edib ki, verilişə sponsorlar müğənnilərə görə yığılmır:
"Bu gün telekanallar müğənniyə pul verməz. Azərbaycanda bir müğənni 3 ay efirə çıxmır. Sonra 1 həftə hər verilişə çıxır və eyni mövzunu danışır. Tamaşaçıya da maraqsız olur. Xatirə İslam da illərdir efirə çıxmaya bilər. Verilişə çıxmağa müğənni maraqlı olmalıdır, telekanal yox. "Xəzər" TV-də verilişim olub, Xatirə İslam da qonaq gəlib. Amma müğənni olub ki, heç vaxt qonağım olmayıb. Verilişim reytinq qazanmayıb? Məsələn, dostum Zamiq Hüseynov heç vaxt verilişimə gəlməyib, nə dəyişib? Onlara görə nə reytinqim düşüb, nə də sponsor deməyib ki, çəkilirəm kənara. Bir Xalq artistimiz demişdi ki, pul verin efirə gəlim. Tanışlıqla, dostluq münasibətlərilə onu da proqrama gətirdim. İndi "Dalğa" TV-də aparıcılıq edirəm. İllərlə bir müğənni verilişimə gəlməsə, boşluq hiss etmərəm. Nə də sponsorlarımın sayı azalmaz. Dost kimi istəyərəm Xatirə İslam qonağım olsun, amma pulla çağırmaram".
Teleaparıcı Vüsalə Əlizadə isə Xatirə İslamın fikirləriylə bağlı danışmaq istəmədiyini bildirib.

Şou Biznes     Baxılıb: 1934   Tarix: 19 fevral 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

.

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

.

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

.

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

.

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

.

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

.

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

.

Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi

"Son günlər sosial şəbəkələrdə şəxsimi hədəf alan, həqiqətə uyğun olmayan iddialarla aparılan qarayaxma kampaniyasını diqqətlə izləyirəm. İlk növbədə, hər kəs bilməlidir ki, heç kimin mənim türklüyümü, müsəlmanlığım

.

Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?

ABŞ-li pop-ulduz Selena Qomes özünün "Instagram" hesabında veypdən istifadəni dayandırdığını açıqlayıb. Məşhur müğənni səsində yaranan dəyişikliklərdən sonra elektron siqaret (veyp) çəkməmək barədə qərar qəbul edib

turlar.az

geymler 2026 qis geyimləri 2026 geyim və ayaqqabılar qonaq otagi dizayni donlar 2026 qazan katleti qadin.net kosmetika novruz bayramina aid hakistalar webnem tovuzlu şirin qoğal zəhmət üzeyir hacıbəyli