Adımız taleyimizə təsir edirmi?

Adımız taleyimizə təsir edirmi?Bəzi mənbələrdə adların insan taleyinə böyük təsirinin olduğu deyilir və bildirilir ki, ad seçərkən onun uşağın gələcək taleyinə necə təsir edəcəyini öyrənmək lazımdır. Hətta adlardakı hərflərin hər birinin ayrıca məna daşıdığı da qeyd olunur.

Hüruflik hərflərin bütün varlıqlara təsirini öyrənən bir elmdir. Hürufiliyin əsasını adların insan taleyinə təsirini öyrənmək təşkil edir. Hürufilik öyrədir ki, bütün dünyanın və yaradılışın sirri hərflərdədir.

Türkiyədə adların analizi ilə məşğul olan həmyerlimiz Nicat Səmavinin sözlərinə görə, eynilə bürclərdə olduğu kimi hərflərdə də su, hava, od, torpaq qrupları var və hamısı heyvan xarakteriylə uyğunlaşdırılıb.

"Hüruf elminə görə, adında ç, ş, ğ kimi işarəli hərflər və nöqtəli ö, i, ü hərfləri olan insanlar müəyyən həyati problemlər yaşaya bilər. Bura iqtisadi, sağlamlıq və ya ailəvi problemlər aid edilə bilər.

Adında „gül" hecası olan insanlara (Gülşən, Gülnar, Gülay) diqqət yetirilirsə, görmək mümkündür ki, bu insanlar bədbəxt bir həyat yaşayırlar.

Çünki cüt nöqtəli bu sait bədbəxtlik və problem gətirir. Hecanın ilk hərfi g isə bu təsiri artırır. „Adında r, l, n hərfləri olan insanlar xoşbəxt taleli insanlar olur. Adında v ilə re, rə hecaları olan insanlar pul toplamaqda çətinlik çəkərlər".

Araşdırmaçı deyir ki, adında s, ş, z olanlar fədakar, sevgi dolu insanlar olur. Od qrupu hərflər z, ş, f, g, y, hava qrupu hərflər k, h, r, c, j, su qrupu hərflər b, p, d, t və s, torpaq qrupu hərflər l, m, n-dır.

Mütəxəssisin sözlərinə görə, uşaqlara ad seçərkən adın gözəlliyindən çox, uşağın taleyinə necə təsir edəcəyini öyrənmək lazımdır.

Bunun üçün uşağın adındakı hərflərin ədədi düzülməsi, hərf sayı, adın içindəki nöqtəli və işarəli hərflərin olmasına diqqət yetirmək və ata-ananın adıyla uyğun olmasına önəm vermək lazımdır.

Ekspert bildirir ki, adlarda olan hərflər təkcə insanın taleyinə deyil, sağlamlığına da təsir edə bilər. „Əgər adda "a" hərfi çoxdursa, qan dövranı ilə bağlı xəstəliklər, "e" hərfi çoxdursa, boğaz yollarıyla bağlı xəstəliklər çox olur. "R" və "t" kimi sərt hərflərlə bitən adlı insanlar sərt insanlar olur.

Ekspertə görə, əslində heç bir hərfə yaxşı və ya pis demək doğru deyil. Çünki hamısı enerji dəyərləri daşıyır. Bu enerjilərin yarısı müsbət, yarısı mənfidir. Amma bəzi hərflərin daha ağır tale yaşatdığını bilirik. Məsələn ü, ö, ğ bir az çətin hərflərdir. İnsan istədiyi zaman adını dəyişərsə, bu, onun taleyinə təsir edə bilər.
//Ekspress.az//

Maraqlı     Baxılıb: 3318   Tarix: 29 iyul 2015
f Paylaş

Oxşar xəbərlər

.

Günlər 24 yox, 16 saat olub - İDDİA

"Günlər artıq 24 yox, 16 saatdır" fikri elmi baxımdan doğru deyil. Bu iddia dünyada sensasiya doğurub. xarici mətbuata istinadən xəbər verir ki, alimlər Yer kürəsinin fırlanma sürətini uzun illərdir dəqiq şəkild

.

Azərbaycanda tanınmış müəllim vəfat etdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. xəbər verir ki, o, bu gün 88 yaşında vəfat edib. Qeyd edək ki, Mahmud Mahmudov 50 il

.

Tanınmış alim vəfat etdi - FOTO

Naxçıvanda tanınmış dilçi alim, dosent Əbülfəz Muxtaroğlu vəfat edib.  xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universiteti məlumat yayıb. Qeyd edək ki, Əbülfəz Muxtar oğlu Quliyev 1939-cu il iyunun 1-də Naxçıvan Muxta

.

Hakışta

Xınayaxdı məclisləri üçün hakıştalar . Ağ dəvə düzdə qaldı hakışta,. Yükü Təbrizdə qaldı hakışta. Oğlanı dərd apardı hakışta,. Dərmanı qızda qaldı hakışta. Gülü atdım dənizə hakışta,. Batdı çıxmadı üzə hakışta. Nolar bizi

.

Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər

Alimlər təxminən 315 min il əvvəl yaşamış erkən Homo sapiens nümayəndəsinin üz cizgilərini rəqəmsal üsulla bərpa ediblər. xəbər verir ki, söhbət Mərakeşdə yerləşən Jebel Irhoud arxeoloji ərazisindən aşkar olunan insan fosillərində

.

Kişiləri ehtiraslandıran sözlər

Cinsi əlaqə zamanı sadəcə gözə xoş gələn, seksi alt paltarları, geyimlər, parfüm kimi nüanslar kişini başdan çıxarmağa bəs etməyə bilər. Əlbəttə, bunların da çox böyük önəmi var amma qulağa xoş gələn, onları dəli edən sözləri

.

ADU-nun doktorantı ölkə üzrə ən yüksək nəticəni göstərdi

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Aynur İsayeva fəlsəfə doktoru imtahanında respublika üzrə ən yüksək nəticəni göstərib. xəbər verir ki, bu barədə universitet məluma

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

Ayın "qaranlıq üzü" haqqında həqiqət: Niyə bu ad səhv başa düşülür? - FOTO

Artemis II astronavtlarının 2026-cı ilin martında Ay ətrafında həyata keçirdikləri tarixi uçuş zamanı çəkdikləri möhtəşəm fotolar köhnə bir sualı yenidən gündəmə gətirdi: Ayın qaranlıq tərəfi doğrudanmı hər zaman qaranlıqdır?

turlar.az

geyim şəkilləri yaz geyimleri 2026 yemek reseptleri yay paltarlari tərəzi bürcü qripdə nə etməli peraski cudu kosmetika bir arzum var sac duzumleri vətən tut ağacı tutdudu novruz hakışdaları