Afrika koronavirusun üçüncü dalğasının astanasındadır
Afrika koronavirusun üçüncü dalğasının astanasındadır, son iki həftə ərzində qitədə koronavirusa yoluxanların sayı ötən anoloji dövr ilə müqayisədə 20 faiz artıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Afrikadakı regional nümayəndəliyinin rəhbəri Matşidiso Moeti deyib.
M.Moeti bildirib: "Afrikada üçüncü dalğa təhlükəsi realdır və böyüməkdədir. Yoluxma riski olan afrikalıların peyvəndlənməsinin sürətləndirilməsi priotet sayılır".
Regional nümayəndəliyinin rəhbəri qeyd edib ki, yoluxma sayında artım tendensiyası 14 ölkədə qeyd olunur. Eyni zamanda, bunların səkkizində yoluxma sayında sürətli artım müşahidə edilir - 30%-ə qədər. Cənubi Afrika Respublikası, Uqanda, Anqola, Namibiya bu ölkələr sırasındadırlar: "Yoluxma sayının artması Afrika ölkələrinə peyvənd tədarükünün ləngiməsi ilə üst-üstə düşüb. Eyni zamanda, qitənin əksər ölkələri koronavirusa qarşı peyvənd ehtiyatlarının üçdə ikisini artıq istifadə edib".
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi