Ağ, sarı, qırmızı yoxsa yaşıl: Hansı soğan ən faydalıdır?

Ağ, sarı, qırmızı yoxsa yaşıl: Hansı soğan ən faydalıdır?Soğan yalnız yeməklərə dad qatmaqla deyil, həm də sağlamlığa faydaları ilə də vacib tərəvəzlər sırasındadır.
Milli.Az xəbər verir ki, ağ, sarı, qırmızı, yaşıl soğan kimi müxtəlif növləri olan bu tərəvəz, hər növü ilə bədən üçün fərqli faydalar təmin edir.
Bəs ən faydalısı hansıdır?
Bütün soğan növləri flavonoidlər (xüsusilə kvertin), kükürd birləşmələri və prebiyotik liflər baxımından zəngindir. Bu maddələr ürək-damar sağlamlığını qoruyur, həzm sistemini gücləndirir və bədəni zərərli bakteriyalara qarşı müdafiə edir.
Mütəxəssislər bildirir ki, yalnız bir növ soğana bağlı qalmaq əvəzinə, müxtəlif rəng və aromalı soğanları birlikdə istifadə etmək daha yüksək fayda verir.
Soğan növləri və xüsusiyyətləri
Sarı soğan: Kəskin dadı və yüksək antioksidant tərkibi ilə tanınır. Xüsusilə kvertin baxımından zəngindir. Ət və qazan yeməklərində həm dad, həm də antioksidant faydası artır.
Ağ soğan: Yüngül şirin aroması ilə seçilir. Antibakterial təsirli fitonsitlər baxımından zəngindir. Salatlarda və Meksika mətbəxində tez-tez istifadə olunur.
Qırmızı soğan: Rəngini antosiyanin birləşməsindən alır. Damar sağlamlığını dəstəkləyir və dəri yaşlanmasını ləngidir. Çiy olaraq salatlarda və marinadlarda istehlak edilə bilər.
Yaşıl soğan: C vitamini, kalium və fol turşusu baxımından zəngindir. İmmuniteti dəstəkləyən təbii əlavə kimi istifadə olunur. Omlet, salat və qarnirdə tez-tez istifadə edilir.
Sağlamlıq faydaları
Antioksidant qoruma: Kvertin və antosiyanin sərbəst radikallarla mübarizə apararaq hüceyrələrin yaşlanmasını ləngidir.
Ürək sağlamlığı: Nizamlı istehlak LDL xolesterolu azaldır və qan təzyiqini balanslaşdırır.
İmmunitet dəstəyi: Fitonsitlər bakteriya və göbələklərin böyüməsini maneə törədir.
Həzm sistemi: İnulin və fruktooligosakkarit prebiyotik liflər bağırsaq florasını dəstəkləyir.
Soğan yüksək təzyiqi tənzimləməyə, immuniteti gücləndirməyə və lif çatışmazlığını aradan qaldırmağa kömək edir. Lakin mədə, xoralar və reflü problemi olan şəxslər təravətli soğan istehlakını məhdudlaşdırmalıdır. Həmçinin, həzm pozğunluğu yaşayanlarda qaz və şişkinlik yarana bilər.
Doğru istehlak tövsiyələri
Soğanı doğradıqdan sonra 10 dəqiqə gözlətmək, içindəki kükürd birləşmələrinin aktivləşməsinə kömək edir.
C vitamini itkisinin qarşısını almaq üçün soğanın bir hissəsi çiy olaraq istehlak edilməlidir.
Sarımsaqla birlikdə istifadə etdikdə hər iki tərəvəz antibakterial və ürək qoruyucu təsiri artırır.
Qoxuya qarşı həssas olanlar, soğanı yaş bıçaqla doğramaq və ya iç pərdəsini çıxarmaqla bu narahatlığı azalda bilər.
Mütəxəssislər bildirir ki, fərqli soğan növlərini bir arada istifadə etmək həm yeməklərə rəng qatır, həm də sağlamlığı dəstəkləyən güclü təbii "dərman" təsiri yaradır.
Lalə Qüdrətova
Milli.Az

Xəbərlər     Baxılıb: 1286   Tarix: 09 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

turlar.az

hamiləlik geyim seçimi qadin dunyasi seks xarici asan ariqlamagin yollari kartof maskasi uz ucun masin sou kosmetika veten haqqinda atalar sozleri novruz bayramina aid hakistalar novruza aid hakışda 8 mart ana haqqinda bayati