Ağcaqanad dişləməsindən yaranan xəstəlik - Sarı qızdırma

Ağcaqanad dişləməsindən yaranan xəstəlik - Sarı qızdırmaSarı qızdırma xəstəliyi yüksək qızdırma, intoksikasiya, hemorragiya, sarılıq, qaraciyər və böyrəklərin zədələnməsilə gedən ağır virus infeksiyasıdır. Bu xəstəlik ağcaqanadların dişləməsi ilə yayılır.
Milli.Az xəstəlik barədə məlumatları təqdim edir.
İnsanların sarı qızdırmaya həssaslığı yüksəkdir. Yoluxmadan sonra virus əvvəlcə limfa vəzilərində çoxalır, sonra hemotogen yolla damarları, qaraciyəri, böyrəkləri, baş beyini zədələyir.
Daha sonra damar keçiriciliyi artır, hepatositlər distrofiyaya və nekroza uğrayır, böyrək kasacıqları və yumaqcıqlar zədələnir. Bu dəyişikliklər daxili orqanlarda qansızmalar şəklində özünü göstərir.
Klinikası:
Xəstəliyin inkubasiya dövrü 10 gündür. Sonra güclü üşütmə və qəfil qızdırma yaranır. Hərarət 40 dərəcəyə qədər yüksəlir. Pasiyentdə baş, bel, oynaq ağrıları başlayır, başgicəllənmə olur. Xəstələr həyəcanlı olurlar, yuxusuzluq, yanğı, ürəkbulanma və qusmadan şikayət edirlər. Xəstələrdə üz, boyun, göz kapilyarları genişlənir, nəbz sürətlənir, təzyiq artır, dəridə sarılıq, mədədən, diş ətindən, burundan qanaxmalar başlayır.
DİAQNOZ:
Qanın analizində virusa qarşı anticismin 4 dəfədən artıq göstərməsi sarı qızdırmanın olmasını təsdiqləyir.
MÜALİCƏSİ:
Patogenetik və simptomatik müalicə məqsədilə vitaminlərdən, dezintoksikasiya məhlullarından, antibiotiklərdən istifadə edilir, hemodializ, hemostatik tədbirlər görülür.
Profilaktika məqsədilə xəstə tədric olunur, vaksinlə peyvənd aparılır.
Bu qızdırma növü ilk dəfə 1901-ci ildə W. Reed, J. Carrol tərəfindən aşkarlanıb. Virus Afrika və Amerika qitələrində 1647-ci ildən məlumdur. Virus heyvanın daxili üzvlərində, beynində və qanında müşahidə olunur. Sarı qızdırma kəskin ağır keçən xəstəlik olub, insanlarda 30-60%hallarda ölümlə nəticələnir.
Xəstəliyi daha çox Haemoqoqus və Aedes, Afrikada Aedes africanus və başqa ağcaqanadlar yayır. Xəstəliyin 2 ocağı məlumdur. Təbiət və şəhər ocağı. Təbiətdə ağcaqanad meymunlardan, gəmiricilərdən və kirpidən yoluxur. Həşəratın bədənində virus 8-12 günə çoxalır.
Şəhərlərdə infeksiya mənbəyi insan, keçirici Aedes aegypti-dir. Xəstəlik epidemiya şəklində yayılır. Hazırda tropik bölgələrdə görülür və vektorlar vasitəsi ilə insanlara yoluxur. Sarı sözü bəzi xəstələrdə görünən sarılıq simptomundan gəlir.
Profilaktika:
Malyariyada olduğu kimi ağcaqanadlardan qorunmaq böyük əhəmiyyət daşıyır. Sarı qızdırmadan peyvənd ilə sığortalanmaq mümkündür. Sarı qızdırmanın aktiv olduğu yerlərə gedənlərin və ya bu bölgələrdən başqa ölkələrə keçənlərin sarı qızdırmaya qarşı peyvənd olunması mütləqdir. Peyvənd ömür boyu etibarlıdır. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1339   Tarix: 06 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

turlar.az

adlarin menasi qaşların formalari gelinlikler sizanaqlara qarsi maskalar milli yeməklər 1 hefteye 5 kq ariqlamaq kosmetika webnem tovuzlu kurtlar vadisi hakista baliq kley lekesi