Ağcaqanad və digər böcəklərin sancması İİV-ə yoluxdurmur - Nazirlik rəsmisi

Ağcaqanad və digər böcəklərin sancması İİV-ə yoluxdurmur - Nazirlik rəsmisiMilli.Az bildirir ki, Trend Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor vəzifəsini icra edən Esmira Alməmmədovanın müsahibəsini təqdim edir:
- AİDS/QİÇS nədir? İnsan orqanizmində inkişaf prosesi necədir?
İlk növbədə qeyd etməliyəm ki, bu iki anlayışı biri birindən ayırmaq lazımdır.
İİV - İnsanın İmmunçatışmazlığı Virusu (НİV, ВИЧ)
İIV-infeksiyası - İnsan İmmunçatışmazlığı Virusu ilə yoluxma nəticəsində inkişaf edən və immun sisteminin getdikcə artan zədələnməsi ilə səciyyələnən infeksion xəstəlikdir. (HIV-infection, ВИЧ-инфекция).
QİÇS - Qazanılmış İmmunçatışmazlığı Sindromu (AIDS, СПИД). İİV-infeksiyasının son mərhələsidir, insanın immun sisteminin zədələnməsi nəticəsində yaranan ağır, çox vaxt müalicə olunmayan ikincili xəstəliklərlə (opportunistik infeksiyalar, bədxassəli şişlər və s.) səciyyələnən mərhələdir.
- İİV- infeksiyasının insan orqanizminə necə təsir göstərir?
- İİV insanın immun (müdafiə) sisteminin hüceyrələrində çoxalaraq, onları məhv edir. Nəticədə: İnsanın immun sistemi zədələnir və müdafiə funksiyasını yerinə yetirə bilmir.
- İnsan orqanizmi müxtəlif xəstəliklərin törədiciləri və bədxassəli şişlərlə mübarizə aparmaq qabiliyyəti zəifləyir;
- İnsanda sağalması mümkün olmayan ağır infeksion və onkoloji xəstəliklər inkişaf edir;
- Müalicə tətbiq olunmasa, xəstəlik ölümlə nəticələnir.
- İİV/QİÇS haqqında nələri bilməliyik?
- Tam müalicəsi yoxdur: tətbiq olunan virusa qarşı müalicə- antiretrovirus müalicə (ARV-terapiya) adlanır. ARV-terapiya ömürlükdür, orqanizmin köklü sanasiyasi hələ ki mümkün deyil. Lakin, ARV-terapiya İİV-ə yoluxmuş insanların həyatını uzadır, həyat keyfiyyətini xeyli yaxşılaşdırır. Vaxtında tətbiq olunan ARV-terapiya ölüm hallarının qarşısını alır.
- İnsanlar çox zaman xəstəliyə yoluxma yollarını qarışdırırlar.Bu haqqda daha dəqiq məlumat verə bilərsinizmi?
- Xəstəliyə yoluxma yollarına gəldikdə, İİV-ə yoluxmanın cəmi 3 yolu var.
Cinsi yol: İİV-ə yoluxmuş insanla homo- və heteroseksual kontaktda olduqda, xüsusən təsadüfi qorunmamış cinsi kontaktlar nəticəsində.
Parenteral yol: İİV tərkibli qan və onun preparatlarının köçürülməsi nəticəsində; İİV-ə yoluxmuş donorun orqanlarının transplantasiyası zamanı;
İİV-lə çirklənmiş tibbi ləvazimatdan istifadə etməklə, o cümlədən inyeksion narkotiklərin istifadəsi nəticəsində;
İİV-lə çirklənmiş gigiyenik, kosmetoloji, bərbər və digər məişət ləvazimatlarinin istifadəsi nəticəsində.
Perinatal yol: İİV-ə yoluxmuş anadan uşağa hamiləlik dövründə, doğuş zamanı və ana südü ilə qidalanma nəticəsində.
İnsanlar çox zaman bu mövzuda yanlış düşünə bilirlər. İİV gündəlik məişət təmaslarıyla, eyni otaqda olma, eyni məktəbdə oxuma, eyni havada nəfəs almaq kimi yollarla yoluxmaz. İIV sağlam dəridən keçməz. Bundan əlavə, İİV bu yollarla da keçməz: əl sıxma, dəriyə toxunma, qucaqlaşma, tüpürcək, göz yaşı, tər, asqırıq, öskürək, sidik, nəcis, duş, üzmə hovuzu, dəniz, sauna, hamam, ağcaqanad və digər böcəklərin sancması.
- İİV-infeksiyasına yoluxma diaqnozu necə qoyulur?
- İİV-infeksiyasının xüsusi simptomları olmadığından, İİV-ə yoluxmuş insanın uzun müddət İİV-ə yoluxduğu haqqda məlumatı olmur. İİV-in diaqnostikası yalnız laborator müayinələrin aparılması yolu ilə mümkündür. Müasir testlər (ekspress-test) İİV-ə müayinənin nəticələrini 15-20 dəqiqə ərzində əldə etmək imkanı yaradıb. Qeyd etmək lazımdır ki, İİV-ə müayinələr pulsuz və tam anonimdir.
- QİÇS-in ötürülməsinin qarşısını alan bir peyvənd varmı? Özümüzü necə qorumalıyıq?
- Bu günə kimi İİV-ə qarşı effektiv peyvəndlərin hazırılanması mümkün olmamışdır. Lakin, buna baxmayaraq dünyanın bir çox aparıcı univerisitetləri, dərman firmaları peyvəndin yaradılması istiqamətində öz işlərini davam etdirməkdədir.
İİV/QİÇS epidemiyasına qarşı zəruri mübarizə tədbirləri
Donor qanının təhlükəsizliyinin təminatı, tibb müəssisələrdə universal təhlükəsizlik tədbirlərinin tətbiqi;
Hamilə qadınların İİV-ə müayınə ilə əhatə olunması
Anadan uşağa İİV-in ötürülməsinin profilaktikasının aparılması;
Risk qruplarının İİV-ə müayinəyə cəlb olunmasının genişləndirilməsi;
İİV-ə yoluxmuş insanlara İİV/QİÇS-lə bağlı diaqnostika, profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təminatı;
Ümumi əhali və riskli davranışlı qruplar arasında sanitar-maarifləndirmə işinin genişləndirilməsi.
- Yoluxmanın qarşısını necə almaq olar?
- Narkotik maddələrdən istifadə etməmək. İstifadə edən şəxslər isə fərdi şpiris və digər inyeksiya ləvazimatlarından istifadə etməlidir.
Təsadüfi cinsi əlaqə zamanı qoruyucu vasitələrdən istifadə etmək.
Kosmetoloji prosedurlar (Manikür, tatuaj, pirsinq və s.) zamanı steril avadanlıqlardan istifadə etmək.
Yalnız şəxsi və təzə gigiyenik vasitələrdən istifadə etmək.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1726   Tarix: 17 fevral 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

turlar.az

gozel gorunmek geyim dəbləri yay kolleksiyasi hakişta hamiləlik və analıq aybaşının gecikməsi səbəbləri 2026 geyimi kosmetika novruz bayrami hakisda baldiza aid irem derici rus dili 2ci ders maska