Ağciyər xərçənginin qarşısını alan keçibuynuzu
Xarici görünüşünə görə keçinin buynuzlarını xatırlatdığına görə ona keçibuynuzu adı verilib. Lakin bəzən onu "Yaqub peyğəmbərin çörəyi", " buynuz ağacı" da adlandırırlar. Əvvəlcə sarmaşığı, yetişəndən sonra qəhvəyi rəngli lobyanı xatırladan keçibuynuzu əkiləndən sonra 15 il meyvə vermir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, keçibuynuzu meyvələri təzə və quru halda yeyilir, çəyirdəyindən də istifadə etmək mümkündür. Onları üyüdüb suda qaynatdıqdan sonra hazırlanan məlhəmin şiş və yaralara sürtülməsi sağalmanı sürətləndirir. Keçibuynuzunun yarpaq və budaqları qurudulur, çay kimi dəmlənilir. Ondan hazırlanan bəhməzi mütəmadi olaraq qəbul etmək çox faydalıdır.
Nəfəs darlığına qarşı faydalı olan keçibuynuzu meyvələrindəki xüsusi maddə - qall turşusu, demək olar, başqa heç bir meyvədə yoxdur. Bəzi allergik astma xəstəliklərində onun tətbiqi zamanı dərhal nəticə əldə etmək mümkündür.
Keçibuynuzu ağrıkəsici, antiseptik, bronxgenişləndirici xüsusiyyətlərə malikdir, allergiya, astma, xərçəng, ishal, qəbizlik və mikroblara qarşı təsirlidir. Həmçinin qaraciyəri toksinlərdən təmizləyir, immun sistemini gücləndirir, uşaq iflicinin qarşısını alır.
Beş yüz ildən artıq yaşı olan keçibuynuzu əksər hallarda ağciyər xərçənginin qarşısını almaq gücünə malikdir. Keçibuynuzu ilə qırmızı turpdan istifadə olunması ağciyər xərçəngində müalicənin təsir gücünü artırır. Tərkibində xolesterolun yoxluğu onun böyük üstünlüyüdür, kofein və teobromin olmağı isə qan təzyiqi zamanı ondan istifadə etməyə imkan verir.
Keçibuynuzu fosfor və kalsiumla çox zəngindir, ona görə də osteoporoz, yəni sümük əriməsi xəstəliyi zamanı kalsium ehtiyacını ödəməyə kömək edir. Orqanizmə daxil olan radiasiyanı xaric edir, taxikardiyanı, mədə və bağırsaq qazlarını xaric edərək şişkinliyi aradan qaldırır.
Tərkibində yüksək şəkər olduğuna görə diabet xəstələrinin ondan istifadəsi məsləhət görülmür.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi