"Ağciyərinizdə heç bir şüşə, buz əmələ gəlmir, KT-yə tələsməyin" - Pulmonoloqdan ÇAĞIRIŞ

"Ağciyərinizdə heç bir şüşə, buz əmələ gəlmir, KT-yə tələsməyin" - Pulmonoloqdan ÇAĞIRIŞAzərbaycanda koronavirus sözü ilə yanaşı aktuallaşan, insanların qorxulu kabusuna çevrilən "buzlu şüşə" bu gün yüzlərlə xəstəni əsasən də KT olmaqla, lazımsız müayinələrə və müalicələrə məcbur edir.
Xəstələr elə bilir ki, virus ağciyərlərdə gerçək mənada şüşə və ya buz yaradır, müalicə almasa hətta bu şüşə bütün ağciyərləri tuta bilər. Bir çoxları isə el arasında "döyəcləmə" adlanan "postural drenaj" hərəkəti ilə ağciyərlərdəki buzun qırılacağını zənn edir.
Bunlar vaxtında düzgün aparılmayan maariflənmənin acı nəticələridir.
Milli.Az bildirir ki, medicina.az uzman pulmonoloq Həsən Həsənzadədən ağciyərlərdə buzlu şüşə termini barədə açıqlama alıb.
Həkim bildirir ki, bir çox ağciyər xəstəliyində, infeksiyon və ya qeyri-infeksiyon, buzlu şüşə görüntüsü ilə rastlaşa bilərik.
İnsanlar hələ koronavirus pandemiyasından öncə qrip və başqa tənəffüs yolu infeksiyalarında buzlu şüşə deyilən ağciyər dəyişikliklərinə məruz qalıblar. Sadəcə, həmin vaxt indiki qədər KT çəkilmədiyi üçün bunları görmür və bilmirdilər.
"Buzlu şüşə" sadəcə bir bənzətmədir, radioloji termindir. Kompyuter tomoqrafiya cihazı kəşf olunandan var və yeni bir kəşf deyil.
"Pasiyentlərin yol verdikləri əsas səhv də virus təsdiqlənən kimi, KT çəkdirib müalicədən həmən sonra ikinci, hətta üçüncü təkrari KT çəkdirmələridir.
Xəstələr həkim göstərişi olmadan KT-yə üz tuturlar. Mən soruşuram, niyə çəkdirirsən? Nə görmək istəyirsən? "Buzlu şüşə"? Var, görünəcək. O bu qədər qısa müddətə təmizlənməz, təmizlənənə qədər də müalicə almağınıza gərək yoxdur. Pnevmoniyadan sonra bəzən aylarla buzlu şüşə qalmış ola bilər.
İnsanlara tövsiyəm odur ki, "buzlu şüşə" axtarışından əl çəksinlər. KT göstərişi həkim tərəfindən olmalıdır.
Hansı hallarda xəstəni KT- yə göndəririk: Xəstə ciddi təngnəfəslik keçirtdikdə, oksigen saturasiyası 92 %-dən aşağı olduqda, ciddi öskürək, halsızlıq olduqda, müalicə gedişində sağalmanın gecikməsi və ya gözlənilməz ağırlaşmalar olduqda, şəkərli diabet, orqan transplantasiyası olunmuş şəxslər və.s
Çox hallarda xəstələr test sonucu pozitiv olunca dərhal KT çəkdirir, nəticədə normal və ya kiçik sahədə dəyişikliyin olacağı gözləniləndir. Xəstəliyin sonunda isə KT çəkdirməklə patoloji sahənin çox olduğunu görür və ağırlaşdığını düşünür. Halbuki, bu, xəstəliyin təbii gedişatı və seyridir.
Əksər hallarda xəstələrə KT gərək olmur, gərək olduğu halları isə ixtisaslı və ya bu sahə üzrə ixtisaslaşmış həkim təyin etməlidir. Xəstəlikdən sağaldıqdan sonra isə "buzlu şüşə" üçün nələrsə etməyə ehtiyac yoxdur, zamanla özü geriləyəcək və ortadan qalxacaq.
Aktiv şəkildə hərəkət edən, yataq rejimində olmayan xəstələrin üz üstə (pron) yatmasına gərək yoxdur. Bunlar davamlı yataq vəziyyətində olan, ağır pnevmoniyası olan əsasən reanimasyon xəstələr üçündür. Qalxa və gəzə bilən xəstələrin isə davamlı hərəkətdə olması çox önəmlidir".
Təəssüf ki, KT diaqnozunda bu sözü başqa bir tibbi terminlə əvəz etmək artıq gecdir. Amma heç olmasa bundan sonra gənc, sağlam, normal insanların boşuna KT müayinə almasının qarşısı alınar.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1367   Tarix: 23 dekabr 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

geyim və ayaqqabılar kosmetika mehsullari toy makiyajlari xalq mahnilari sozleri faydalı məlumat zərdəçal buxaq kosmetika toy gecesı novruza aid hakışta rus dilin nece orenek oyunlar meseller