Agentlik: Şəbnəm Tapdığın adının əmtəə nişanı kimi qeydiyyata alınması ilə bağlı müraciətinə baxılır

Agentlik: Şəbnəm Tapdığın adının əmtəə nişanı kimi qeydiyyata alınması ilə bağlı müraciətinə baxılırƏqli Mülkiyyət Agentliyi Əməkdar artist Şəbnəm Tapdığın adının əmtəə nişanı kimi qeydiyyata alınması üçün Agentliyə müraciət etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Open.az xəbər verir ki, agentliyin mətbuat katibi Elnur Məmmədli "Report"a açıqlamasında deyib ki, sosial şəbəkələrdə yayılan sənəd Ş.Tapdığın müraciəti əsasında alınan bildirişin görüntüsüdür.
"İlyas Tapdıq 1965-ci ildə yazdığı və "Şəbnəm, Gültən, Qəlbinur" adlarının yer aldığı əsəri ilə bağlı 2016-cı ildə Müəllif Hüquqları Agentliyinə qeydiyyat üçün müraciət edib və 9291 nömrəli əsərin qeydiyyatı haqqında şəhadətnamə alıb. Amma şəhadətnamə həmin adların üzərində müstəsna hüquqların tanınmasına görə verilməyib. Bu şəhadətnamə əsərin üzərindəki müstəsna hüquqların tanınmasına görə verilib. Yəni həmin sənəd adlara görə deyil, sırf əsərin müəlliflik hüququnun qorunması ilə bağlıdır. İlyas Tapdıq həmin adları deyil, məzmununa o adların da daxil olduğu əsərini qeydiyyatdan keçirib. 2015-ci ildə Şəbnəm İlyas qızı Tapdıqova "Bilmədiyim musiqi" əsərini, "Nənələrin dilindən" şeirini, 2016-cı ildə isə "Mənim idealım" şeirini Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirib və müvafiq olaraq şəhadətnəmələr alıb. O, burada özünü hüquq sahibi kimi adını Şəbnəm İlyas qızı Tapdıqova, təxəllüsünü isə "İlk Şəbnəm" kimi təqdim edib. Bununla yanaşı, Şəbnəm Tapdıqova 2019-cu ilin iyunu 11-də ilk "Şəbnəm" adının əmtəə nişanı kimi qeydiyyata alınması üçün Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertiza Mərkəzinə müraciət edib. Sosial şəbəkələrdə görüntüsü yayılan sənəd onun müraciəti əsasında alınan bildirişdir. O, sadəcə olaraq, "İlk Şəbnəm" adının əmtəə nişanı kimi qeydiyyata alınması üçün müraciət edib".
E.Məmmədli bildirib ki, hazırda Ş.Tapdığın müraciətinə baxılır: "Ekspertizadan sonra əmtəə nişanı kimi qeydiyyata alınıb-alınmayacağı məlum olacaq".
Agentliyin sözçüsü vurğulayıb ki, müğənninin adının əmtəə nişanı kimi qeydiyyata alınması üçün etdiyi müraciət şəxsi insan adlarına aid deyil: "Mövcud qanunvericiliyə əsasən, şəxsi adlar müəllif hüququ ilə qoruna bilməz. İnsan adları ilə bağlı belə qayda yoxdur. Bu, birmənalıdır. Şəbnəm sözü farsmənşəlidir və bir çox ölkələrdə bu addan Şəbnəm Tapdıq qızı İlyasovanın doğum tarixindən əvvəllər də istifadə olunub. 1957-ci il təvəllüdlü Şəbnəm Haşimi Hindistanın sosial fəallarından biri olub. "Şəbnəm" sözü görkəmli dramaturq Cəfər Cabbarlının "Mənsur və Sitarə" hekayəsində də yer alıb". /open.az

Şou Biznes     Baxılıb: 2082   Tarix: 05 iyul 2019
f Paylaş

Oxşar xəbərlər

.

Nev vəfat etdi

Türkiyəli məşhur müğənni Nevzat Doğansoy (Nev) vəfat edib. Bu haqda xəbəri sənətçinin meneceri İlker Ercan açıqlayıb. 57 yaşlı sənətçi qaraciyər xəstəliyinə görə müalicə alırdı. Qeyd edək ki, Nev 200-ci illərdə iz qoymu

.

Heyli Biber hamilədir? - Foto

Dünyaca məşhur model Heyli Biberin ikinci dəfə ana olacağı ilə bağlı iddialar yayılıb. Paparatsilərin Los-Ancelesdə gəzinti zamanı lentə aldığı fotolar modelin hamilə olması ehtimalını gündəmə gətirib. Heylinin qarın nahiyəsini

.

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

.

Güllünü öldürən doğma qızına bu cəza verildi

Yalovanın Çinarcık rayonunda ötən il evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Ifaçını öldürmək şübhəsi ilə saxlanılan Tuğyan Ülke

.

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

.

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

.

Evini 3,2 milyona satır - Fotolar

Amerikalı aktyor Ceyk Conson Los-Ancelesdəki evini satışa çıxarıb. "Yeni qız" ("New Girl") serialındakı Nik Miller obrazı ilə tanınan 48 yaşlı aktyorun müasir üslubda dizayn edilmiş evi 3 milyon 295 mi

.

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

.

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

turlar.az

adlarin menasi makiyaj instagram toy makiyajlari elm haqqinda atalar sözləri ədəbiyyat testləri maraqli hind filmleri qadin dunyasi kulinariya kosmetika uzeyir novruz hakıştası seksi baldiza aid kahfe fali