Ağıl dişləri haqqında 3 vacib sual-cavab

Ağıl dişləri haqqında 3 vacib sual-cavabStomatoloqların baş bəlası olan "Ağıl dişi" mövzusu hələ də mübahisəlidir:çünki bir çoxları onları lazımsız artıq bilib çəkdirməyi, digərləri isə saxlamağı vacib sayır.

Medicina.az dişlərin içində ən çətini olan müdriklik dişləri haqqında pasiyentləri maraqlandıracaq 3 əsas məsələyə aydınlıq gətirir.
Müdriklik dişləri digərlərindən nə ilə seçilir?

Təkamül nəzəriyyəsinə görə, bizim əcdadlarımız daha çox bərk qidalar yeyirdi, onların çənələri müasir insandan daha güclü idi. Daha sonra qaşıq-çəngəlin icadı, yeməklərin yumşaq bişirilməsi ilə insan çənəsində dəyişikliklər baş verdi. İndi insanın çənəsində hər iki tərəfdə 3 çeynəyici diş sığışmır. Ona görə getdikcə uşaqlarda müdriklik dişi çıxnayacaq. Amma ən gehiş yayılmış problem: diş var, çıxır, amma o dişə çənədə yer yoxdur.

Nəyə görə ağıl dişini çıxarmaq lazımdır?
Digər çeynəyici dişlərdən fərqli olaraq, bu dişlərin kökü çox gec formalaşmağa başlayır- 17 yaşına kimi ağıl dişləri yatır. Proses işə düşəndə isə artıq çənə strukturu formalaşır və ayılan təzə dişə yer olmur. Ona görə ağıl dişləri əyilir, sıxılır, başqa dişi sıxır, gigiyena problemi yaradır, damağa təzyiq edir.
Bəzən ağıl dişi çıxır, amma gözlə görünmür. Amma o sizə elə gəlir ki, yoxdur, əslində isə diş damağın altında, sümük toxumasındadır. Dişin kökü var, amma diş özu 7ci dişin altında ilişib qalır. Nəticədə diş ağrıyır. Bəzi hallarda 7-ci dişi çəkməli olurlar. Ağıl dişi 7ci dişin altında qalıb onu sıxırsa, bu bəzən baş ağrısı verir və bəzən ağrının səbəbi tapılmır. Ona görə istənilən ortodontik müalicə zamanı bütün dişlərin rentgen çəkimi olunmalıdır ki, əgər altda qalan ağıl dişi varsa o çəkilsin. Çünki bu, gələcəkdə bir xeyli problem yarada bilər.

Alt və üst çənədə Ağıl dişinin fərqi nədir?
Yuxarı çənədə ağıl dişinin tapılması və çıxarılması daha asandır, çünki sümük toxuması daha aydındır. Alt çənədə isə sümük toxuması çox bərkdir, anesteziya çətin olur. Alt çənədə çeynəyici dişlərin kökünə yaxın alt çənə sinirləri yerləşir ki, bəzən ağıl dişinin kökü bu sinirləri sıxır, ağırlaşmalar yaradır. Ona görə alt çənədə ağıl dişini çəkmək stomatoloqdan diqqət tələb edir. Bəzən ağıl dişinin kökünün yerləşməsini dəqiq aydınlaşdırmaq üçün KT çəkimi tələb olunur. Lazım gələrsə ağıl dişi ümumi narkoz altında çıxarılmalıdır, çünki bu proses bəzən 2 saat çəkə bilər.

Əgər narahatlıq yaratmırsa, ağıl dişi qala bilərmi?
Bunun üçün siz alt və üst çənənin rentgen çəkimini edib, baxılmalıdır. Əgər yerləşmə normaldırsa, yer varsa, digər dişlərə problem yoxdursa, dişlər normal böyüyürsə, diş qala bilər. Amma o dişdən sizə hər hansı fayda da gəlməyəcək. Çünki çeynəmə prosesində iştirak etmir, heç bir ortopedik konstruksiya rolu daşımır. Amma ən ideal ağıl dişi belə perikoronit – yumşaq toxumanın iltohabı prosesinə səbəb ola bilər.

Nəticə: hamı üçün eyni qərar və davranış yoxdur. Ağıl dişi ilə necə davranmalı olduğunuzu yaxşı bir stomatoloq sizə başa sala bilər. Problemlidirsə çıxarın. Bunun üçünsə rentgen diaqnostika mütləqdir.

Sağlamlıq     Baxılıb: 2407   Tarix: 16 fevral 2018
f Paylaş

Oxşar xəbərlər

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

turlar.az

toy gecesi kosmetika mehsullari hamilelikde qidalanma geyimlər manqal salati qara qaragatin faydalari erroziya nədir kosmetika gulmeli hakista ariqla baliq məsəllər səməd vurğun