Ağır koronavirus xəstələrində ağciyərlər necə bərpa olunur?

Ağır koronavirus xəstələrində ağciyərlər necə bərpa olunur?Həkim-reabilitoloq Leonid Dyakov bildirib ki, koronavirusu ağır keçirən insanlar nəfəs cihazına qoşulduqdan sonra bir sıra problemlərlə qarşılaşır.
Milli.Az xəbər verir ki, mütəxəssis "Rossiyskaya qazeta"ya verdiyi müsahibədə ağciyər toxumasının təsirlənmiş hissəsinin funksiyalarını yerinə yetirə bilməyən birləşdirici toxuma ilə əvəz olunduğunu və bunun nəfəs çatışmazlığına səbəb ola biləcəyini qeyd edib. Dyakovun fikrincə, insanda uzun müddət təngənəfəslik, yorğunluq, halsızlıq, pis əhval-ruhiyyə, yuxu problemləri və iştahsızlıq ola bilər. Bundan əlavə, ağır koronavirus keçirən bir çox xəstədə depressiya və zehni problemlər meydana gəlir:
"Ancaq ağciyərlərin yaxşı bərpa olunmaq və tamamilə sağalmaq üçün kifayət qədər şansı var. Eyni zamanda bunun üçün insanların səy göstərmələri lazımdır. Xüsusilə nəfəs hərəkətləri olduqca effektiv təsirə malikdir. Bir insan çox zəifdirsə, məşqlər hətta uzanaraq da edilə bilər. Bu prosedurdakı əsas məqam yavaş ekshalasiyadır. Həm də təmiz havada gəzmək və yüngül titrəmə masajları etmək lazımdır".
Bununla birlikdə terapevt hər vəziyyətdə xəstəlikdən sonra reabilitasiya sisteminin olacağını söyləyib. Dyakov bərpa prosesinin öhdəsindən təkbaşına gəlməyin çətin olduğunu vurğulayıb. Bu baxımdan həkimlərə, xüsusən müalicəni təyin edəcək pulmonoloqa müraciət etməlisiniz. Həmçinin bərpaedici prosedurlara - fiziki terapiyaya, xüsusi gimnastikaya başlamaqda fayda var.
"Ağciyələrin bərpasına üzgüçülük kömək edir. Daha konkret məsləhət verə bilmərəm, çünki bir insana kömək edən üsul başqasına heç bir şəkildə təsir göstərə bilməz, reabilitasiya prosesi həmişə xəstənin yaşına, bədəninin xüsusiyyətlərinə, xəstəliyin gedişatına əsaslanaraq fərdi olur. Ağciyərləri tamamilə bərpa etmək qabiliyyəti də konkret vəziyyətdən asılıdır", - mütəxəssis bildirib. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1431   Tarix: 08 yanvar 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

qadin sayti donlar 2026 qadın geyimi ailə psixoloqiyası kakoslu paxlava hazirlanmasi meyvələrin faydası bilik haqqinda atalar sozu kosmetika novruza aid hakistalar itburnu arxadan olmag google vətən haqqında bayatı