Ağır xəstəlikdən əziyyət çəkən azərbaycanlı müğənni: "Ərim qazandığım pulları başqa qadınlara..." - FOTO"

Ağır xəstəlikdən əziyyət çəkən azərbaycanlı müğənni: "Ərim qazandığım pulları başqa qadınlara..." - FOTO"Lent.az-ın müsahibi "Xalq ulduzu-1" yarışmasından tanınan müğənni Şəhla Həmidova olub.

Milli.Az müsahibəni təqdim edir:

- Şəhla xanım, hazırda yay fəslidir və sənətçi yoldaşlarınızın əksəriyyəti istirahətdədir. Nə əcəb sizi şəhərdə tapa bildik?

- Mənim istirahətim neçə ildir demək olar ki, yox dərəcəsindədir. Hər kəsin istirahətlə bağlı fərqli anlayışı var. Kimin üçünsə yeyib-içib yatmaq, haralardasa gəzmək istirahət hesab olunur. İstərdim, istirahətimi yayda yox, Məhərrəmlik vaxtı edim. Mən çoxluqdan qaçıram. Restoranda, toyda daim çoxluğun içində olduğum üçün təkliyə, sakitliyə daha meylliyəm. Neçə ildir deyirəm, guya dərslər başlayanda, hamı öz evinə yığılanda dincəlim. Elə öz rayonumuz olan Oğuza 10-15 günlük gedə bilsəm, bu, mənim üçün böyük istirahət olardı. Amma gedə bilmirəm. Axşamlar restoranda çalışmağa məcburam. Hələ ki, istirahət nöqteyi-nəzərindən qarşımdakı maddi baryeri keçə bilməmişəm. Sağlıq olsun...

- Toylardan əlavə qazanc əldə edə biləcəyiniz heç bir iş yeriniz yoxdur?

- Xeyr, hazırda heç yerdə işləmirəm. 8 il "Dan Ulduzu" instrumental ansamblı ilə çalışdım. Oradan iki il məvacib aldıq, sonra vermədilər. Ansambl Azərbaycan Dövlət Televiziyasının nəzdinə keçsə də, biz solistləri çıxardılar. Yəni 8 illik əziyyətim heç oldu. Maaş alsam da, almasam da orada zəhmətim var idi.

- Belə problemləri görəndə düşünürsünüz ki, müğənni deyil, öz sənətim olan stomatoloq işləsəydim, hər şey daha başqa cür ola bilərdi?

- İnsanda şans yaxşı şeydir. Mənim şansım yavər getmədi. Əgər şansın varsa, müğənni də olsan, işin yaxşı gedəcək, həkim də, saç ustası da. O olmadısa... Bir dəfə məndən soruşdular ki, şans heç siz tərəfə gəlməyib? Dedim, yox, şans göylə gedir, mən yerdə gəzirəm, görməmişik bir-birimizi. Buna baxmayaraq, naşükür də deyiləm. Şükür Allaha, heç kəsin yanında gözü kölgəli deyiləm. Demirəm belə olmalıydı, bəlkə də bundan daha yaxşı, ya pis ola bilərdi...

- Bəlkə o şans rast gəlib sizə, sadəcə, zamanında dəyərləndirməmisiz?

- Mən indiyə qədər yaşadığım heç nədən peşman olmamışam. Çünki hansısa səhvlərim üzərində nələrisə öyrənmişəm.

- Hazırda yaxşı müğənni olmaq üçün sənətçidən hansı xüsusiyyətlər tələb olunur?

- İndiki reallıqla danışsaq, hazırda Azərbaycanda sənətdə gözəl səs, oxumaq kimi keyfiyyətlər arxa plandadır. Sözün açıq mənasında bu sənətdə bir az üzlü olmalısan. Mənim xasiyyətimdə isə bu yoxdur. Yəni insanda iki şeyi dəyişmək olmur - bir xasiyyətini, bir də qan qrupunu. Mən yalandan maskalanmağı bacarmıram. Bacarsaydım, indi dediyiniz o istirahət yerlərinin ən bərk gedənində idim.

- Məlumdur ki, hazırda bir çox sənətçilər öz peşələrində sponsorlar vasitəsilə irəliləyirlər. Bəs sizə necə, sponsorluq təklifi olmayıb heç?

- Bu bir faktdır ki, ölkəmizdə bu dəqiqə sırf sənətə sponsorluq yoxdur. Bizdə sponsor odur ki, kimsə şəxsi olaraq hansısa müğənniyə təmənnalı şəkildə pul buraxır. Mənə çox deyirlər ki, nə oldu özünə bir sponsor tapa bilmədin? Bunu eşidəndə elə bil çəkiclə başıma vururlar. Deyirəm, bilmirsən ki, həmin sponsoru tapanda necə olur? Mənim sənətim yox, başqa şeylər maraqlandırır həmin sponsoru. Bizdə yeganə qazanc yeri toydur. Bir nəfər tapılmaz desin ki, solo konsert verdim və həmin konsertin pulu ilə dolanıram.

- "Xalq ulduzu" yarışmasından sonra guya sizə ev hədiyyə olunacaqdı, sonra bunun yalan olduğu məlum oldu. Hazırda şəxsi eviniz varmı?

- Hələ də şəxsi evim yoxdur, illərdir kirayədə qalıram. Soruşurlar ki, ipoteka ilə bu qədər evlər verirlər niyə birini almırsan? Birincisi, ilkin ödənişləri yüksəkdir. İkincisi, mənim buna tək başına gücüm çatmaz. Başqa müğənnilər kimi milyonlar qazanmıram. Sadəcə özümü dolandıracaq səviyyədə qazanıram. Heç kəsə möhtac deyiləm. Bəlkə də imkan versələr, ondan da çox qazanaram. Qarşımda baryerlər çoxdur. Sənətin içində o qədər adamın üzünə gülüb arxasınca iş görənlər var ki... Bunu hiss edirəm, ad çəkməyə də ehtiyac görmürəm. Çalışıblar, məni sıxışdırsınlar. Çünki məhz oxumağı bacardığım üçün onlara mane oluram. Bu hal isə onlara sərf etmir.

- Hazırda hansısa banka kredit borcunuz varmı?

- İndiyə qədər heç vaxt bankdan kredit götürməmişəm. Çünki kirayədə qalıram, özümü dolandırmalıyam, oğlumun təhsil haqqını ödəmək lazımdır. Oğlan uşağı böyütmək çox çətindir. Qız uşağı olsaydı, bəlkə daha rahat olardı. Onunla makiyaj vasitələrimi, paltarlarımı ortaq istifadə edə bilərdim. Amma oğlanla bu mümkün deyil. Çalışıram, imkan daxilində onun lazımi istəklərini yerinə yetirim. Məsələn, gəlib deyir ki, filan telefonu almaq istəyirəm. Bir kəlmə deyirəm ki, pul olanda alarıq. Daha dirənə bilməz ki, mütləq almalısan. Uşaqlıqdan belə öyrətmişəm. Ona demişəm ki, sənin istəklərini bir yerə qədər yerinə yetirə bilərəm. Özün çalış, bu həyatda hansısa bir yer tut, mütləq əlində sənətin olsun. Həyatdır, elə olar ki, sabah gedib xadimə də işləyə bilərəm. Heç kəs qarşıda onu nə gözləyəcəyini bilmir...

- Yeri gəlmişkən, oğlunuzun atası ilə münasibəti necədir, onunla görüşürmü?

- Xeyr, özü atası ilə görüşmək istəmir. Amma mən əvvəldən demişəm ki, o, sənin atandır və ona hörmət etməlisən. Mən onların qabağında çəpər ola bilmərəm. Oğlum uşaq olsa da, ailədə o qədər mənfi şeylər görürdü ki, yaşından əvvəl böyümüşdü. 6-cı sinifdə olanda atasının nömrəsini məndən aldı. Və ona SMS yazdı ki, anamı bir də incitmə. Ondan sonra daha bizi narahat etmir. Heç gözləmirik və ehtiyacımız da yoxdur.

- Ailənizin dağılmasına səbəb nə oldu?

- Ailəli olduğum zaman təkcə mən işləyirdim və bütün xərclər mənim üzərimdə idi. Yoldaşım isə işləmirdi, daha dəqiq desəm, heç bu barədə düşünmürdü də. Buna heç bir narazılıq etmirdim, düşünürdüm, insan ailəsi üçün hər bir çətinliyə dözməlidir. Amma o, mənim qazandığım pulları başqa qadınlara xərcləyirdi. Mənə etdiyi bu xəyanəti qəbul edə bilmədim. Əgər qəbul etsəydim, bu o demək idi ki, mənim psixi problemlərim var. Təxminən 7-8 il ailəli oldum. Artıq o illəri heç yadıma da salmaq istəmirəm. Evliliyimizin axır vaxtlarında yoldaşım mənə qarşı fiziki şiddət də göstərirdi. Üzərimə, balta, bıçaqla gəldiyi zamanlar olurdu. İndi hansısa kriminal xəbərləri görəndə bir anlıq özüm yadıma düşürəm. Həmin vaxtlar elə olurdu ki, aylarla bloka bıçaqla girirdim. Boşandıqdan sonra mənə hədə-qorxu gəlirdi ki, uşağı əlindən alacam, oğurlayacam, hətta öldürəcəm deyirdi. Yəni o bilirdi ki, mənim ən həssas yerim oğlumdur. Ona demişdim ki, mənə yaxınlaşsan, ya mən öləcəm, ya da sən.

- Sizə ikinci dəfə ailə qurmaq təklif olunsa, qəbul edərsiniz?

- Deyirlər, təklik Allaha məxsusdur. Çox da böyük danışmaq istəmirəm. Bir də görərsən qarşıma elə bir insan çıxar ki, xoşum gələr, razı olaram. Tək xoşum gəlmək deyil, həm də mənim çətinliklərimə dayaq ola biləcək biri olsa, ailə quraram. Bu, həyatdır. Hər şey ola bilər. Bu gün iki ayağımı bir başmağa dirəyərəm ki, yox, mən ikinci dəfə ailə qurmaram. Sabah isə görərsiz ki, kiminləsə ailə qurmuşam.

- Gələcəklə bağlı ən böyük arzunuz nədir?

- Arzular çox ömür yarı, yox dünyanın etibarı

Bir arzuma çatım barı, ölsəm belə, qəm yemərəm,

Bir də arzum var demərəm, arzulara çata bilsəm...

Arzular dedikdə haradansa yaddaşımda ilişib qalan bu şeir hafizəmdə canlanır. İstəyərəm, bir həyət evim olsun. Və həmin həyətdə cürbəcür ətirli güllər yetişdirim...

Xatiqladaq ki, müğənni onurğasında yaranan müəyyən xəstəlikdən əziyyt çəkirdi.

Xəbərlər     Baxılıb: 2608   Tarix: 11 iyul 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

geymler 2026 toy makiyaji sekilleri geyim dəbləri ilk tibbi yardim gil maskalari uşaq yeməkləri hamilelikde axinti kosmetika sanamalar qaynana hakista xeyanet qiz burcu vətən haqqında atalar sözləri