Ağızdan nəfəsalma

Ağızdan nəfəsalma• Adenoiditlər
• Allergik zökəm
• Burun  çəpərinin inkişafı deffektləri
• Burunda yad cisim
• Burunda urlar
Ağızdan nəfəsalma naxoşluğun və ya zərərli adətin əlaməti ola bilər. Burundan normal nəfəsalmada hava tozdan filtirlənir, istilənir (və ya soyuyur, ətraf mühitin temperaturundan asılı olaraq) və nəmlənir. Müntəzəm olaraq ağızdan nəfəsalma dodaqları və ağızın selikli qişasını qurudur, bu da ki, çatların əmələ gəlməsinə və infeksiyanın düşməsinə şərait yaradır.
Adenoiditlər: Udlağın arxa divarında limfa toxumalarının   böyüməsini (badamcıqlar) adinoiditlər adlandırırlar ("Limfa düyünlərinin böyüməsi" bölməsinə bax). Badamcıqlarının böyüməsi boğaz və burunun nəfəs yollarının xroniki soyuqdəyməsi ilə bağlıdır. Adenoiditlər havanın burundan keçməsinə, xüsusilə də yuxu zamanı, mane ola bilərlər. Bu uşaqda halsızlıq, dodaqların və ağız boşluğunun quruması, udlağın soyuqdəyməsi, daimi zökəm, yuxuda xoruldamaq, "tıntınlıq" kimi hallara gətirir və nəfəsalma çətinləşir. Uşaq həm də öskürək, orta qulağın xroniki soyuqdəyməsi,  dadbilmə qabiliyyətinin pozulmasından da əziyyət çəkir. Ağızın daimi açıq olması səbəbindən üzdə  ifadəsiz baxış əmələ gəlir.   
Yardım: Uşağı qulaq-burun-boğaz həkiminə (həkim - otolarinoloq) göstərmək vacibdir. Adenoiditləri konservativ (dərman vasitəsi) və ya cərrahi üsulla müalicə edirlər.
Allergik zökəm: Ağızdan nəfəsalma burunun selikli qişasında  əmələ gələn allergiyanın nəticəsi ola bilər. Mövsümi (fəsli) allergiyada (pollinos) antigen allergen   bitkilərin tozudur. Digər hallarda allergiyaya süd, yumurta, balıq və digər ərzaq məhsullarının, dərman, bakteriya, parfümeriya antiqenləri səbəb olur. Simptomlara burunun və gözün selikli qişalarının qıcıqlanması, asqırmaq, burundan çoxlu seliyin axması və gözlərin yaşarması da  daxildir.
Yardım: Birinci növbədə uşağı allerqen  mənbəyindən təcrid etmək lazımdır. Qidada allergiyaya səbəb olan  ərzaqları istifadə etməmək. Uşağı mümkün qədər allergiyanı əmələ gətirən  bitkilər olmayan yerə aparmalı ("Zökəm" bölməsində "Allergik zökəmə" bax ).
Burun  çəpərinin inkişafı deffektləri: burun çəpərininnin gözəçarpacaq dərəcədə əyruliyi bir və ya iki tərəfli burunla nəfəsalma çətinləşir.  Ağızdan nəfəsalmanın nəticəsində uşaq daima ağız boşluğunda quruluq hiss edir, tez - tez zökəm, baş ağrıları, burun qanaxması, qoxu hissiyatının pozulması (iybilmə) kimi vəziyyətlərdən  əziyyət çəkir. Buruna toxunma belə ağrı verir.
Yardım: uşağın burun çəpərinin defektinin aradan götürülməsi üçün kosmetik əməliyyata ehtiyyacı var.
Burunda yad cisim: kiçik yaşlı uşaqların  buruna düymə, tum, kürəcik və sairə kimi kiçik əşyaların sala bilməsi hallara rast gəlmək olur. Bu zaman ağızdan nəfəsalmadan əlavə burunun selikli qişasının qıcıqlanması nəticəsində çoxlu ifrazat axır. Burundan gələn ifrazat pis iyli və qanlı olur.
Yardım: birtərəfli burun keçəcəyindən yad cismin çıxarılması üçün həkim otolarinoloqun köməyi vavibdir. Bunu özünüz etməyə çalışmayın çünki, bu zaman yad cisimi  daha da dərinliyə,  nəfəs yollarına itələyə bilərsiniz.
Burunda urlar: selikli qişa üzərində xoş xassəli şişlərdir. Ağızdan nəfəsalmadan əlavə burundakı urlar, xroniki zökəm, asqırmaq, baş ağrıları, iybilmə qabiliyyətin  pisləşməsi ilə özünü büruzə verir.  Uşağın burnundan daima selik axır.
Yardım: urlar ancaq cərrahi yolla çıxarılır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1231   Tarix: 02 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

geyim şəkilləri qadin dunyasi geyim seçimi baliq yagi pnevmoniya xesteliyi boy uzadan payız xəstəlikləri kosmetika penis səməd vurğun novruz bayramina aid hakisdalar uzeyir hacibeyli ağır itki