Ağrıları müalicə edən möcüzəvi ÇİN TƏLİMİ - FOTO

Ağrıları müalicə edən möcüzəvi ÇİN TƏLİMİ - FOTOÇin təbabəti öyrədir ki, ağrıya dözmək səhvdir, çünki ağrı ilə müşayiət olunan hər hansı bir vəziyyət sinir sonlarını və beyin hüceyrələrini məhv edir. Şiddətli ağrı hiss edirsinizsə, onu aradan qaldırmaq üçün bütün mümkün tədbirləri görməlisiniz. Bu, həqiqətən bütün bədənə zərərlidir.
Milli.Az bu yazıda osteoxondroz ağrılarından qurtulmağın 9 yolu ilə tanış edir.
1. Uşaq pozası
Bel və çanaq-bud oynağında ağrılar zamanı tətbiq olunur, sinir sistemini zəiflətməyə xidmət edir. Şəkildəki vəziyyəti alın, qolları mümkün qədər irəliyə uzadın, ovuc içləri yerə dəyməlidir. Dərindən nəfəs alın və bu vəziyyətdə 1 dəqiqə qalın. Ağrı xeyli zəifləyir.
2. Divar pozası
Baş ağrısı, çiyinlərdə və boyundakı gərginliyi aradan qaldırır. Baş hərlənməsi olanlara tövsiyə olunur. Divarın qarşısında oturub ayaqları divar boyunca yerləşdirin, əllərinizi mədənizdə saxlayın. Gözlərinizi yumun, bərabər nəfəs alın və bütün lazımsız düşüncələri özünüzdən uzaqlaşdırmağa çalışın. Bu vəziyyətdə sadəcə 5 dəqiqə dayanmaq boyun və çiyin gərginliyini aradan qaldıracaq, baş ağrısı dərhal yox olacaq!
3. Pişik
Onurğa sütunu və kürək ağrılarında istifadə olunur, əzələlərdə ağrını azaldır. Dördayaqlıların vəziyyətini alıb, əlləri çiyin bərabərliyində yerə qoyun. Diqqət edin ki, onurğa sütunu döşəməyə paralel olsun, boynunuzu isə yuxarı doğru qaldırın. Dərin nəfəs alıb bədəni aşağı əyin, başınızı isə yuxarı qaldırın. Sonra nəfəs verin və bədəni yuxarı qaldırın, başı isə aşağı salın. Yavaş-yavaş hərəkət edin, dərindən nəfəs alın. Bu hərəkəti 10 dəfə təkrar edin. Əgər dizlər yüklənibsə, onların altına yumşaq altlıq qoya bilərsiniz.
4. Bükülmə və uzanma
Mədəniz ağrıyırsa və həzm problemləri varsa, bu hərəkət kömək edir. Yerdə oturun, kürəyinizi və ayaqlarınızı düz saxlayın. Sol ayağı bükün və sağ ayağın arxasına qoyun. Balans üçün sol əlinizlə yerə söykənərək sola dönün. Dərindən nəfəs alın, bu vəziyyətdə 30 saniyə qalın. Eyni hərəkəti sağ ayaqla təkrarlayın.
5. Kəpənək pozası
Çanaq-bud oynaq ağrılarında effektivdir, ayaq və dizlərdə gərginliyi azaldır. Döşəməyə oturun, belini düz tutun. Bardaş qurub dizləri mümkün qədər aşağı əyin. 2 dəqiqə bu vəziyyətdə dayanın.
6. Çiçək pozası
Belin aşağı hissəsində yaranmış ağrı və qulunclardan xilas olmağa kömək edir. T hərfi mövqeyində döşəməyə yatın, qollarınızı hər iki tərəfə düz açın. Əyilmiş dizlərinizi sinənizə tərəf çəkin. Çiyinləri yerdən qaldırmadan dizlərinizi yüngülcə yan tərəfə endirin. 2 dəqiqə belə pozada qalın və digər tərəfi ilə təkrarlayın.
7. Uçuş pozası
Bel, böyrək və mədə ağrılarına qarşı xeyirdir. Yerə uzanıb dizləri bükün, qolları isə aşağı doğru uzadın. Mümkün qədər belinizi rahatlaşdıraraq çanaq sümüyünü yavaşca qaldırın və yerə endirin. Məşqi 10 dəfə təkrarlayın.
8. İrəli doğru hərəkət
Menstruasiya və oynaq ağrılarını aradan qaldırır. Yerdə oturun, sağ ayağınızı düz saxlayın. Sol ayağı dizdən bükün və onunla sağ ayağı itələyin. Tədricən mümkün qədər irəliləyin. Bu vəziyyətdə 30 saniyə dayanın. Sağ ayaqla təkrarlayın.
9. Rahatlaşma pozası
Ayaqlarda yorğunluğu aradan qaldırır, budları rahatlaşdırır. Hündürdaban geyindikdən sonra etmək çox faydalıdır. Ayaqları bir-birinə keçirib təzim edin. Çox rəvan irəliləyin, əlləri yerə qoyun. Sol dizinizi bükün və sağ ayağınızı düz saxlayın. Bu vəziyyətdə 30 saniyə dayanın, sonra digər ayağı ilə eyni şəkildə təkrarlayın. (ölkə.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1176   Tarix: 10 may 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

turlar.az

gozel gorunmek toy gecesi geyim seçimi seksual fotolar morugun faydasi günay musayeva yemisan faydasi kosmetika hakisdalar yumurta yuxuda qara ilan gormek hakistalar novruza aid