Ağsuda qəzada ölən ər və arvadın QANDONDURAN HƏYAT HEKAYƏSİ

Ağsuda qəzada ölən ər və arvadın QANDONDURAN HƏYAT HEKAYƏSİYanvarın 1-də Ağsu şəhərində ər və arvadının ölümü ilə nəticələnən dəhşətli qəzanın təfərrüatları məlum olub.

Hadisə axşam saatlarında 1958-ci il təvəllüdlü Xəyyam Əliyev həyat yoldaşı, 1964-cü il təvəllüdlü Xatirə Əliyeva və azyaşlı övladları ilə Ağsuda qohumlarının evinə bayramlaşmağa gedərkən baş verib.

Ailə üzvləri Heydər Əliyev prospekti ilə gedərkən uşaqlar qohumlarının evinə çatdıqlarını deyiblər və qaçaraq məhəlləyə giriblər. Bu zaman 1970-ci il təvəllüdlü Ədilov Əmirşah Məmmədşah oğlu idarə etdiyi "VAZ 2106" markalı minik avtomobili ilə sürətlə hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yoldan çıxaraq piyada səkisində hərəkət edən Xəyyam və Xatirəni vurub. Cütlük hadisə yerindəcə keçinib.

Piyadaları vuran avtomobil sonra hasara çırpılaraq aşıb. Zərbənin təsiri nəticəsində avtomobilin sürücüsü Əmirşah Ədilov, onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Ədilova Məhbubə Sədulla qızı, və övladları, 2000-ci il təvəllüdlü Əmrah Ədilov və 1998-ci il təvəllüdlü Afaq Ədilova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bildirilir ki, Xəyyam Əliyev və Xatirə Əliyeva evləndikdən sonra uzun illər onların övladı olmayıb. Buna baxmayaraq onlar ayrılmayıb və təxminən 15 il sonra cütlüyün övladı dünyaya gəlib.

O da məlum olub ki, hadisəni törədən sürücü sərxoş vəziyyətdə avtomobil idarə edirmiş və yol hərəkət qaydalarını əvvəllər də dəfələrlə kobudcasına pozub.

///Lent.az

Xəbərlər     Baxılıb: 2053   Tarix: 05 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər

Dincəlmək üçün uzandığınızda ayaqlarınızda hiss etdiyiniz o müəmmalı narahatlıq, əslində bədəninizin verdiyi bir imdad çağırışıdır.  xəbər verir ki, xroniki venoz çatışmazlığı ayaqlardakı damar qapaqcıqlarının funksiyasın

.

Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir

Alimlər cəmi iki dozada beyin iltihabını kəskin şəkildə azalda və yaddaşı bərpa edə bilən yeni bir burun spreyi hazırlayıblar . Spreyin təsirinin aylarla davam etdiyi bildirilir. xəbər verir ki, son zamanlar aparılan çoxsayl

.

Ürəyi qoruyub, stressi azaldan ÇAY

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

.

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha ço

.

Hansı faktorlar xərçəng riskini daha çox artırır?

Bir çox insan düşünür ki, onkoloji xəstəliklər əsasən texniki inkişafın mənfi nəticəsidir. Cəmiyyətdə belə bir təsəvvür formalaşıb ki, guya keçmiş dövrlər daha təmiz olub, plastik və zərərli qazlar mövcud olmayıb və insanla

.

Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir

Səhərlər kifayət qədər yuxu alınmasına baxmayaraq halsız, ağrılı və yorğun oyanmaq yalnız yuxusuzluqla əlaqəli olmaya bilər. xəbər verir ki, bu hal xüsusilə iltihabi revmatik xəstəliklər başda olmaqla bir sıra ciddi sağlamlı

.

Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma

Son dövrlərdə sosial mediada geniş yayılan iddialardan biri də paket çayların suya milyardlarla mikroplastik buraxması ilə bağlıdır. xəbər verir ki, bu fikir ilk baxışda narahatedici görünsə də, mütəxəssislər onun tam olara

turlar.az

toy makiyajlari hamilelikde qidalanma həkim məsləhəti göyəm turşusu peçenye reseptləri ehtiraslandiran sozler prostat vəzi kosmetika gozellik damla orqazm toy gecesi novruz bayramina aid