Ağzından horra tökülən zırramaların qonağı olmaq istəmirik' - Murad Arif
"Efirlər sanki pusqudadır, hansı divara ehtiyacını ödəyən bir gic, ağzının danışığını bilməyən, tərbiyədən yanıq varsa, dərhal tapıb, musiqi-əyləncəli adıyla xalqa təbliğ edirlər!".
AZXEBER. COM xəbər verir ki, bunu aparıcı-müğənni Murad Arif deyib. O, son zamanlar efirlərə yol tapan bayağı müğənnilərə görə cavabdeh qurumları ittiham edib.
"Ümumiyyətlə niyə çirkin əyləncə həddi-miqdarının belə aşılmasına göz yumulur? Niyə hər özəl kanal gün ərzində 12-15 saat, canlı yayımda "müğənni" danışdırır Niyə müğənnidən başqa mövzu tapılmır, çəkməyə, danışmağa, göstərməyə?! Bu qədər bacarıqsız kanalların çoxluğu nəyə xidmət edir? Hər yetən, yerini azan aparıcı yaxud müğənni kimi evimizə, efirlərimizə soxulmasın!
Qaytarın klip saatlarını, adamlar yaradıcılıqla məşğul olsun! Bəlkə bağlayasınız bu "tualetin qapısını"?! Bu üfunət zəngin mədəni irsimizə, zəfərimizə, dünya arenalarında iştirakımıza, ölkəmizin, şəhərimizin yarışlarına, tədbirlərinə, əzəmətinə, Azərbaycanın mövqeyinə yaraşırmı? Biz sənətçilər ağzından horra tökülən zırramaların qonağı olmaq istəmirik! Bu verilişlərə çıxmaq normal sənətçi üçün ayıbdır. Hanı o qırmızı xətt? Kanalların bədii şurası noldu?!! Bu nə özbaşınalıqdır?", - deyə Murad Arif qeyd edib.









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Səhhəti ağırlaşan Firuzə İbadovanın vəziyyəti AÇIQLANDI
Tacir Şahmalıoğlu əməliyyat olundu
Filipp Kirkorov məhkəmədə qalib gəldi: 26 milyon rubl alacaq
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi
Sərxanın Rusiyaya girişinə 'stop' qoyulub