Ailəsi 22 yaşlı Leylanın ölümündə gizlədilən BÜTÜN SİRRLƏRİ AÇDILAR: "Əməliyyatın pulunu geri qaytarıb dedilər ki..."
"Zəfəran Hospital"da əməliyyatdan sonra vəfat edən 22 yaşlı model Leyla Oruclunun anası bir çox gizli qalan məqamlara aydınlıq gətirib.
AZXEBER.COM-a danışan Sevinc Oruclu qızının ölümü ilə bağlı gizlədilən məqamların olduğunu və bütün bunların ortaya çıxacağını açıqlayıb:
"Biz hələ yasdayıq. Sabah ağır bir gündür və qızımın ölümünü hələ də qəbullana bilmirəm. Nə baş verdiyini dərk edə bilmirəm. Əgər qızımı əməliyyat edən Siruz Qoçxani "mən günahsızam" deyirsə o zaman bizim qaranlıq qalan suallarımıza aydınlıq gətirməlidir. Leyla model idi və işində ciddi uğurlara imza ata biləcək potensiala sahib idi. Biz dəfələrlə onun heç bir əməliyyata ehtiyyacı olmadığını desək də psixoloji olaraq bunu özündə kompleks halına gətirmişdi. O düşünürdü ki, artıq piylərə sahibdi. Bir çox cərrahın yanında olub. Ancaq onlardan heç biri qızımı əməlyyata götürməyiblər. Çünki buna ehtiyyac olmadığını və əməliyyatlıq olmadığını deyiblər. Təsəvvür edin hadisədən sonra bizə Mübariz həkim (red: plastik cərrah) zəng edərək "Axı mən o qıza əməliyyatlıq olmadığını demişdim" dedi. Əlbətdə bizim bundan xəbərimiz belə yox idi. Həkim qızımda piy qatının olmadığını, sadəcə özündə kompleks halına gətirdiyini söyləyib".
Leylanın anası cərrah Siruz Qoçxaninin hansı səbəbdən başqa klinikada verdirdiyi analizlərə əsasən əməliyyata girdiyinin hələ də sual altında olduğunu bildirib:
"Bilirsiz ki, əgər əməliyyata bir xəstə alınırsa onun bütün analizləri öncədən edilir. Qızıma bu xəstəxanada heç bir analiz verdirməyiblər. Yalnız digər xəstəxanalarda olan analizlərin cavablarından istifadə ediblər. Az-çox tibbi biliyi olan hər kəs bilir ki bu yolverilməzdir. Digər bir tərəfdən əgər bu qız özü əməliyyata giribsə, niyə heç kim onun yaxınlarına zəng edib məlumat verməyib. Ən azından bu insanın əməliyyat zamanı yanında bir nəfərin olması lazımdır. Niyə ondan ailə yaxınlarının nömrəsi istənilməyib. Önəmli olan məqam isə, xəstəxananın əməliyyatla bağlı qəbz verməməsidir. Mən hələ də axtarıram və heç bir qəbzə rast gələ bilmirəm".
Ananın sözlərinə görə "Zəfəran Hospital" qızının əməliyyatla bağlı ödədiyi məbləği geri qaytarıb:
"Mən o pula əl vura bilməzdim. Ancaq qızımın ödədiyi məbləği geri qaytardılar. Bunun səbəbi nədir? Niyə əməliyyatla bağlı bir qəbz ortalıqda yoxdur?Biz bütün addımları atacağıq ki, bu işə hüquqi qiymət verilsin"
Leylanın atası da AZXEBER.COM-a danışarkən öz acısını gizlədə bilməyib. O, ölümün hansı səbəbdən gerçəkləşdiyini öyrəndikdən sonra bir şey deyəcəklərini söyləyib:
"Biz hələ öz acımızı yaşayırıq. Amma bu o demək deyil ki, bu iş başlı-başına buraxılacaq. Bütün hüquqi addımları atacağıq. O həkim hələ bir dəfə bizimlə əlaqə yaratmayıb. Mən dəqiq bir şey deyə bilmərəm. Ancaq bütün qaranlıq məqamlar aydınlanmalıdır. Heç nə gizli qala bilməz".
Qeyd edək ki, model qızın ölümündə günahlandırılan iranlı həkim Siruz Qoçxani ötən gün açıqlama verərək bildirib ki, Leyla Oruclu pioemboliya diaqnozundan dünyasını dəyişib.
S.Qoçxani bu hadisədə günahı olmadığını və ölüm hadisəsi ilə bağlı prokuorluqda izahat verdiyini də deyib:
"Bu cərrahi əməliyyatdır və hər zaman belə hallara hazır olmalıyıq. Təəssüflər olsun ki, Azərbaycan reallığında bu cür hadisələrdə həkimlər günahlandırılır".
Qeyd edək ki, Leyla Oruclu əməliyyatdan iki gün sonra, 25 iyun tarixində vəfat edib.













Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir