Akasiyanın ŞƏFAVERİCİ GÜCÜ - varikoz, bronxit, təzyiq...
Gözəl gülləri ilə göz oxşayan, ətirli qoxusu ilə əhvalımızı yaxşılaşdıran bu ağac əsl şəfa mənbəyidir.
Akasiya bir çox ölkələrin rəsmi müalicəvi bitkilərinin siyahısına daxil edilib.
Akasiyanın hər bir hissəsi (qabığı, gülləri, yarpaqları) müalicəvi təsirlərə malikdir. Çiçəklənən akasiyanın nektarı nadir qiymətli maddələrlə zəngindir, akasiya balı isə ən dadlı və faydalı bal növüdür.
Ağ akasiyanın güllərinin dəmləməsi varikoz zamanı çox təsirli müalicəvi vasitə sayılır. Tərkibində rutin maddəsi olduğuna görə akasiya dəmləməsi damarların divarlarını möhkəmləndirir, onların elastikliyini artırır. Dəmləməni hazırlamaq üçün 2 x.q. təzə akasiya gülləri 1 stəkan isti suda 30 dəqiqə ərzində dəmlənilir və süzülür. Dəmləmədə parça isladın və genişlənmiş damar hissələrinə qoyub yarım saat saxlayın.
Bitki həmçinin hərarətsalan və bəlğəmgətirici təsirə malikdir. Tənəffüs sistemi xəstəlikləri zamanı bu bitki əsl təbii dərmandır - nəfəs yollarını selikdən və mikroblardan təmizləyir, iltihabı azaldır, nəfəsalmanı asanlaşdırır. Bronxit zamanı 1 x.q. təzə akasiya gülləri 1 stəkan isti suda 30 dəqiqə ərzində dəmlənilir, süzülür və içilir.
Bu dəmləmə həmçinin yüksək təzyiqi aşağı salır.
Sidikqovucu təsirə malik olan akasiya böyrəkləri təmizləyir və iltihabı azaldır.
Akasiya əhvalı yaxşılaşdırmaq, stressi və depressiyanı azaltmaq xüsusiyyətlərinə malikdir. Bunun üçün akasiyadan hazırlanmış çay istifadə olunur (1 ç.q. akasiya + 1 fincan isti su).
Diqqət! Nəzərə almaq lazımdır ki, aksiyanın tərkibində alkaloidlər var ki, bu maddələr güclü zəhərlənməyə səbəb ola bilər. Bu səbəbdən akasiya dəmləmələrini daxilə çoxlu miqdarda və uzun müddət ərzində qəbul etmək olmaz.
Saglamolun.Az
f Paylaş








Rza Tamerin ölümü ilə bağlı- araşdırma başladı
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Bu meyvə xərçəngə qarşı gizli silah imiş
Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər
Aysun: Yağmur məni bloka atıb
Vəfa yenidən konsert verəcək
Ürəyi qoruyub, stressi azaldan ÇAY
Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun
Məşhur reper ikinci dəfə baba oldu
Hər gün yumurta yemək olar?
Ana olmaq ehtimalım belə qorxuncdur
Məşhur aktyor vəfat etdi
Atam küçədə yığılıb qalıb, heç kim ona yardım etməyib
Boran' bu tarixdə 'Uzak şehir'ə vida edəcək