Aktiv işləmək üçün bu qidaları seçin

Aktiv işləmək üçün bu qidaları seçinSərt iş qrafiki, uzun-uzadı davam edən iclaslar istər-istəməz gündəlik qidalanma qrafikimizə təsir edir. Nəticədə gündəlik qida rasionumuza tez başa gələn, amma bir o qədər də zərərli qidaları daxil edir, bunun nəticəsində isə get-gedə əvvəlki görünüşümüzü itirir və kökəlirik. Bu kimi hallarla qarşılaşmamaq üçün əlbəttə ki, iş qrafikinin nə qədər sərt olmasından asılı olmayaraq qidalanmağımıza fikir verməliyik. Bu dəfəki məqalədə sizə iş mühitində daim çəkməcəmizdə saxlamalı olduğumuz çərəzlər haqqında məlumat verəcəyik. Oxuyun və çalışın ki, siz də mümkün olduğu qədər fast-foodlar əvəzinə adıçəkilənlərə üstünlük verəsiniz.

Ərik qurusu
Başda ürək əzələləri olmaqla bütünlüklə əzələ sisteminin və sinirlərin işini sürətləndirir. Nəticədə daha gümrah formada işləməyimizə kömək edir.

Əncir qurusu
B1 və B2 vitaminləri, eləcə də fosforla zəngin olan bu qida hüceyrələrin tez zamanda yenilənməsini təmin edir. Tərkibindəki kalsium isə sümüklərin daha sağlam olmasına kömək edir.

Qoz
Tərkibindəki doymamış yağ turşusu ürək sağlamlığı üçün olduqca əhəmiyyətlidir. Eyni zamanda o gün ərzində yorğunluqdan xilas olmağımıza və daha gümrah hərəkət etməyimizə şərait yaradır.

Pəhriz biskvitləri
Bu biskvitlərin tərkibində olan kəpək tez zamanda doyumluluq hissi yaradır . Bunun nəticəsində isə daha gec acıyır və daha gec kökəlirik.

Banan
Mədəmizi gücləndirir. Xüsusilə də xora və qastrit kimi xəstəlikləri olanlar üçün bu meyvə dərmandan daha faydalıdır. O, eyni zamanda iş stressini azaldır və yorğunluq hissini aradan qaldırır.

Sağlamlıq     Baxılıb: 1986   Tarix: 03 oktyabr 2014
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

turlar.az

geyim və ayaqqabılar gözəllik məhsulları qadın geyimi gavalı salatı hakista hamiləlik və analıq şef master kosmetika bahar sac duzumleri damla novruza aid hakistalar bir arzum var