Alimlərdən xəbərdarlıq: BU YAĞDAN QƏTİ İSTİFADƏ ETMƏYİN
Alimlər insan sağlamlığı üçün ən zərəli olan yağı aşkarlayıblar. Onların rəyinə görə, bu, kokosdan əldə edilən yağdır.
Belə ki, kokos yağı ürək xəstəliklərinin inkişafı riskini artırır.
Xanim.az xəbər verir ki, Frayburq Universitetinin tədqiqatçılar Harvard professoru Kari Mixelso ilə bu barədə araşdırma aparıb.
Araşdırmanın nəticəsində alimlər bu qənaətə gəlib ki, kokos yağının tərkibinə dana və donuz piyindən daha çox (təxminən 80%) doymuş yağlar daxildir.
Araşdırma "Business Insider" jurnalında dərc olunub. Alimlər kokos yağından qida məhsulu kimi istifadəsi zamanı mənfi təsirlərini üzə çıxarıb. Məlum olub ki, bu məhsulun yağı ürək xəstəliklərinin inkişafı riskini artırır.
Məqalədə qeyd olunub ki, son dörd ildə İngiltərədə kokos yağının satışı 16 dəfə artıb, ABŞ-da isə illik satış həcmi 230 milyon dollar olduğu bildirilib.
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir