Alimlər: Ağız boşluğundakı bakteriyalar bağırsaq xərçəngini sürətləndirə bilər

Alimlər: Ağız boşluğundakı bakteriyalar bağırsaq xərçəngini sürətləndirə bilərAğız boşluğundakı mikrobların bəziləri nisbətən zərərsizdir, digərləri isə bir o qədər də zərərsiz deyil. Məsələn, "Fusobacterium nucleatum" bakteriyası ağız boşluğunda adi simbiont kimi hiss olunmadan yaşaya bilər, lakin yeri düşdükdə periodontitə və ya periodontun iltihabına səbəb ola bilər. Əgər həmin bakteriya qana keçərsə və immunitet onu qanda vaxtında məhv etməzsə, beyinə, qaraciyərə və ürəyə zərər verəcək. Məlumdur ki, periodont xəstəlikləri olan qadınlarda vaxtından əvvəl doğuş riski yüksəkdir - bu halda da səbəbi "Fusobacterium nucleatum" bakteriyasında görürlər. Nəhayət, bu bakteriyaya yoğun bağırsağın bədxassəli şişlərində tez-tez rast gəlinir. Üstündə "Fusobacterium nucleatum" bakteriyasının olduğu şiş hüceyrələri şişdən rahat şəkildə ayrılır və metastatik olur. Bununla bağlı Virginiya Politexnik Universitetindən tədqiqatçıların məqalələri "Science Signaling" jurnalında dərc edilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məqalədə insan orqanizmində "Fusobacterium nucleatum" bakteriyası ilə şiş hüceyrələri arasında münasibət izah edilib. Bu bakteriyalar hüceyrələrin səthinə yapışır və hüceyrələr cavab olaraq IL-8 və CXCL1 zülallarını kənara buraxırlar. Bu iki zülal infeksiyaya qarşı immuniteti stimullaşdırır. Lakin o da məlumdur ki, həmin zülalların kombinasiyası xərçəng hüceyrələrini metastatik olmağa yönəldir. Yəni infeksiyadan qorunmağa çalışan xərçəng hüceyrələri həmin immun siqnallarla ətrafdakı hüceyrələri də şişdən ayrılaraq yeni ərazi tutmaq üçün meyilləndirir.
Məqalənin müəllifləri qeyd edirlər ki, şiş hüceyrələrini "səyahətə" göndərmək üçün bakteriyaların çox olması vacib deyil.
Gələcəkdə tədqiqatçılar "Fusobacterium nucleatum" bakteriyalarının şişdə digər bakteriyalarla (məsələn, bəlkə onunla "müttəfiq", yaxud onun "düşməni" var) qarşılıqlı təsirdə olub-olmadığını izah etməyi planlaşdırırlar.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1187   Tarix: 27 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

kosmetika mehsullari qis geyimləri 2026 geyim və ayaqqabılar dəri və saç dogusun baslanmasi xəstəliklər pehriz kosmetika xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır gülməli hakıştalar hakista şirin qoğal hamilelik