Alimlər COVID-19-un ağır formasının iki fazasını təyin ediblər
İlkin fazada insan orqanizmində yüksək virus yüklənməsi müşahidə edilir. İkinci fazada isə virus ümumiyyətlə müşahidə olunmasa da toxumaların ciddi zərər görmələri səbəbilə orqanizmin bərpa prosesi sürətlə getmir. Bu isə o deməkdir ki, hal hazırda koronavirusa qarşı tətbiq olunan müalicə üsulları müxtəlif istiqamətlərdə olmalıdırlar. Koronavirusa qarşı ola biləcək universal vaksin isə effektiv olmaya bilər. Bu barədə Hightech.plus saytı xəbər verib. Tədqiqatçılar öyrənmək istəyirdilər ki, COVID-19 virusu nəfəs yollarına düşən zaman nə baş verir və ağciyər hüceyrələrindəki infeksiya orqanizmin immun reaksiyasına necə təsir göstərir. Bunun üçün mütəxəssislərdən ibarət olan komanda koronavirus səbəbilə vəfat etmiş 24 şəxsi incələyib.
Birinci fazada ağciyərlərə yüksək virus yüklənməsi müşahidə olunub. Bu isə öz növbəsində immun reaksiyasını işə salmaq üçün genlərin ekspressiyasını yüksəldib. İkinci faza zamanı isə toxumalarda virus müşahidə olunmayıb. Lakin ağciyərlərin ciddi zədələnməsi orqanizmin bərpasını qəlizləşdirib. Alimlər göstəriblər ki, immun sistemi COVID-19-a hücum edə bilir. Lakin bu reaksiya pasientlər və hətta konkret bir şəxsin ağciyərinin müxtəlif yerlər üzrə fərqlənir. Bu isə o deməkdir ki, virusa qarşı universal vaksin hazırlamaq çox qəliz olacaq. Alimlər qeyd ediblər ki, virusun yayılmasının qarşısını almaq üçün müalicədə istifadə olunan dərmanlardan biri olan remdesivir yalnız ilkin fazada faydalı ola bilər.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Röya Aygünün mahnısını oxuyacaq
Mənim daşım yaman ağırdır
İsveçli müğənni Avroviziyanı boykot etdi
Konsert məni qocaldır
Mumiya'nın dördüncü sezonu çəkiləcək
Rusiya Puqaçovanı ölkəyə qəbul edəcəkmi?
Murat Övüç azadlığa çıxdı
"Avroviziya Asiya" keçiriləcək
Asqırmağı saxlamaq təhlükəlidir - Həkimdən xəbərdarlıq
Aysel plastik əməliyyat etdirdi
Miri Yusifin "Üzbəüz"ü trend oldu