Alimlər homeopatik dərmanların təsirsiz olduğunu sübut ediblər
Alimlər homeopatik dərmanların təsirsiz olduğunu sübut ediblər.
İsveçrə və İngiltərə alimləri məşhur tibii jurnal The Lanset-də məqalə çap etdiriblər. Məqalədə homeopatik dərmanların boş şey olduğu və onların heç bir təsir mexanizmlərinə malik olmadıqları barədə yazılıb.
2002-ci il Amerikada Ceyms Rendi fondu homeopatik dərmanların insanları sağaltmasına dair sübutlar gətirən adama 1 milyon dollar mükafat verəcəyini vəd edib. Hələ ki, bu mükafatı qazanan olmayıb.
Bern və Surix universitetinin professorları və Britaniyanın Bristol universitetinin alimləri birgə 110 laborator testlə müşahidələr aparıb homeopatik dərmanların faydası haqqında nəticə əldə etməyiblər.
Alimlər homeopatik dərmanlarla müalicə üsulunun saxlanılmasını və həkimləri xəstələrlə vicdanlı olmağa səsləyirlər.
Professor Eqqer homeopatik dərman qəbul edən adamın vəziyyəninin yaxşılaşmasını, psixoloji təsirlə əlaqələndirir. Belə ki, xəstə dərmanı qəbul edən zaman sağalacağına inanır və onun vəziyyəti nisbətən yüngülləşir.
Ola bilər ki, homeopatiyanın terapiyası ilə məşğul olan həkimlər və bəzi xəstələr yuxarıda adları çəkilən alimlərin fikirləri ilə razılaşmasınlar. Bu işin ekspertləri uzun müddət bu cür müalicə metodu ilə işləyən həkimlərin birdən-birə dayanmalarının mümkün olmadıqlarını söyləyirlər.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Röya Aygünün mahnısını oxuyacaq
Mənim daşım yaman ağırdır
İsveçli müğənni Avroviziyanı boykot etdi
Konsert məni qocaldır
Mumiya'nın dördüncü sezonu çəkiləcək
Rusiya Puqaçovanı ölkəyə qəbul edəcəkmi?
Murat Övüç azadlığa çıxdı
"Avroviziya Asiya" keçiriləcək
Asqırmağı saxlamaq təhlükəlidir - Həkimdən xəbərdarlıq
Aysel plastik əməliyyat etdirdi
Miri Yusifin "Üzbəüz"ü trend oldu