Alimlər: Yeni qan damarları müvəqqəti protezdə böyüyə biləcək

Alimlər: Yeni qan damarları müvəqqəti protezdə böyüyə biləcəkÜrək-damar xəstəlikləri tez-tez cərrahi əməliyyatla nəticələnir. Məsələn, damarlar çox daralıbsa və qanı buraxmırsa, onda cərrahlar şunt - süni damar yerləşdirir. Elə hal olur ki, xəstə damara genişləndirici - stent qoyulur. Habelə damarı çıxarıb onun yerinə protez qoyulur. Bu, insanda anatomik qüsur baş verəndə və damarlar düzgün formalaşmayanda (məsələn, ağciyər arteriyasında atreziya, ysuda Fallo tetrada) yeganə çıxış yolu olur.
Lakin ürək-damar cərrahiyyəsində adətən istifadə edilən sintetik protezlər yalnız diametri 5 millimetrdən çox olan böyük damarlarla yaxşı işləyir. Əgər söhbət daha dar damarlardan gedirsə, o zaman problem yaranır: qandakı zülal onların daxili divarlarına çökərək qalır və tədricən tromb yaradır. Bundan başqa, əgər protez uşaq vaxtı qoyulubsa, yeni-yeni cərrahi əməliyyat etmək lazım gəlir, çünki uşaq orqanizmi inkişaf edir, protez isə yox.
Bunun həlli yolu yeni damarın inkişafı üçün kömək edəcək və tədricən əriyəcək protez ola bilər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Böyük Pyotr adına Sankt-Peterburq Politexnik Universitetinin, İ.P.Pavlov adına Birinci Sankt-Peterburq Dövlət Tibb Universitetinin və Rusiya Elmlər Akademiyasının Yüksəkmolekullu Birləşmələr İnstitutunun əməkdaşları damarların böyüməsi üçün məhz belə bir matrisa hazırlayıblar. Matrisa təbii damarın lifli quruluşuna çox oxşayan nano və mikrolifdən ibarətdir. Fiziki-kimyəvi xüsusiyyətlərinə - mexaniki möhkəmliyinə, məsaməliliyinə, hidrofobluğuna görə bu material damar üçün müvəqqəti protez ola bilər və onun üstündə əsl damar inkişaf edəcək.
Siçovullarla aparılan təcrübədə aortaya polialktid əsaslı matrisa tikilib. Məqalədə qeyd olunur ki, süni damar (daha doğrusu damarın sahəsi) həqiqisinə əvəz edilib: matrisa 16 ay ərzində iz qoymadan əriyib. Doğrudur, yeni damar ilkin ani mərhələdə təbii damarda çox oxşayırdısa, sonda onda anevrizm yarandı. Görünür damarın divarını möhkəmləndirmək lazımdır. Tədqiqatçılar növbəti dəfə matrisaya damarın ona möhkəmlik verən orta qatının hüceyrələrini əlavə etməyi planlaşdırırlar ki, bu, anevrizmlə bağlı problemi aradan qaldırmağa kömək edəcək.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1542   Tarix: 27 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

turlar.az

həkim məsləhəti kosmetoloq geymler 2026 ciyer qovurmasi xolesterini azaldan qidalar toyuq buglamasi vannalar kosmetika heyati birlik haqqinda sperma 8 mart kökəlmək üçün