Alimlərdən öskürək siroplarının təhlükələri barədə XƏBƏRDARLIQ
Beynəlxalq alimlər qrupu müəyyən edib ki, reseptsiz satılan çox sayda öskürək və soyuqdəymə dərmanları koronavirus xəstəliyi zamanı zərərli ola bilər. Tədqiqatçılar Afrikanın yaşıl meymunlarının hüceyrələri üzərində araşdırma apardıqdan sonra bu nəticəyə gəlib.
Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Mütəxəssislərin fikrincə, dekstrometorfan SARS-CoV-2 patogen mikroorqanizmlərin çoxalmasına səbəb ola bilər. Məlum olub ki, dekstrometorfanın yoluxmuş heyvan hüceyrələrinə daxil olması ilə SARS-CoV-2-nin inkişafı sürətlə artır. İstehsalçılar öskürək refleksinə səbəb olan beyindəki siqnalları basdırmaq üçün dekstrometorfandan istifadə edir. Bununla birlikdə, mütəxəssislər bu tərkibin təsdiqlənmiş koronavirus xəstələrinə təsiri ilə bağlı əlavə tədqiqatların aparılmasının vacibliyini diqqətə çatdırıb.
Xatrıladaq ki, bundan əvvəl Stanforddan olan elm adamları hepatit B dərmanının yüngül koronavirusun müalicəsi üçün istifadə edilə biləcəyini bildirib. Bu dərmanın xəstələrin immun sistemini gücləndirməsinə kömək edəcəyi gözlənilir. Yaxın gələcəkdə onun klinik sınaqlarının keçirilməsi planlaşdırılır. Dərman bədənin tənəffüs xəstəliklərini idarə etməyə kömək edən zülal ehtiva edir. Bu dərman sayəsində elm adamları sağalma sürətini artırmağa və virusun yayılmasını azaltmağa ümid edirlər.
Aytən Məftun









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Aparıcı Elgiz Əkbər qayıdır - Burada veriliş aparacaq
Yeni boşanan aktrisa məşhur serialda
"Survivor" dördüncüsü ailə qurdu
Stress bu xəstəliyini kəskinləşdirə bilər
Maşında ürəkbulanma niyə yaranır? - Səbəb
4 saatdan çox yol gedirsinizsə, bu təhlükə sizi gözləyir - Ölə bilərsiniz
Pis yuxu insan beynini qocaldır?
İkinci dəfə ata oldu
Dünyanın ən gözəl qızının indiki halı — FOTOLAR
Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama