Alimlərdən pandemiya ilə bağlı PROQNOZ - Yay aylarında...
Alimlər koronavirus pandemiyasının yaxın iki ay ərzində tədricən zəifləyəcəyini proqnozlaşdırır.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, immunoloq Vladimir Bolibokun "ura.ru"ya verdiyi məlumata görə, bundan sonra yoluxmalarda payız və dekabr aylarında olduğu kimi böyük artım olmayacaq.
"Ən yüksək zirvəyə çatdıq. Bu, pandemiyada ən yüksək dalğa idi. Fevral ayının sonu - mart ayının əvvəlində bu rəqəmlərdən ayrılacağıq, yoluxma sayı azalacaq", - immunoloq qeyd edib.
Moskva Dövlət Universitetinin Virusologiya kafedrasının professoru Aleksey Aqranovskinin fikrincə, bu azalma hamar olacaq.
"Yazda yoluxmada azalma olacaq, ancaq kəskin deyil, tədricən. Peyvənddən düzgün istifadə edilərsə, koronavirus infeksiyası daha sürətlə azalacaq".
Mütəxəssislər hesab edir ki, ən kəskin azalma 2021-ci ilin yayında özünü göstərəcək. Bu isə həm peyvənd olunanlarda, həm də xəstələnənlərdə yaranmış immunitet hesabına baş verəcək.
Aytən Məftun









Arzuolunmaz hamiləlik
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir