Alimlərin üzərində çalışdığı koronavirus əleyhinə peyvənd sınaqdan keçiriləcək
Oksford Universiteti alimlərinin üzərində çalışdığı koronavirus əleyhinə peyvənd cümə axşamı sınaqdan keçiriləcək.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ölkənin Səhiyyə naziri Mett Hankok peyvəndin insanlar üzərində sınaqdan keçiriləcəyini açıqlayıb.
Britaniyanın peyvənd tədqiqatlarına digər ölkələrdən daha çox pul ayırdığını deyən Hankok, Oksford Universitetində və London İmperial Kollecində aparılan araşdırmalarda uğurlu nəticələr əldə edildiyini bildirib. O, hökumətin bu iki universitet tərəfindən həyata keçirilən peyvəndlər üçün 20 milyon funt sterlinq pul ayırdığını söyləyib.
Həmçinin İmperial Kollecin "Twitter" hesabında peyvəndləri sınamaq üçün könüllülər axtarıldığı qeyd olunub.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir