"Alışanov vəzifəsindən gərək çoxdan azad olunardı" – Qulu Məhərrəmli
Tanınmış telejurnalist Qulu Məhhərmli AzTV-nin rəhbəri Arif Alışanovun vəzifəsindən azad olunmasına münasibət bildirib.
Xanim.az bildirir ki, O, "Qafqazinfo"ya açıqlamasında Alışanovu Azərbaycan televiziya tarixinin ən uğursuz kadrlarından biri adlandırıb:
"Arif Alışanov vəzifəsindən gərək çoxdan azad olunardı. Hesab edirəm ki, bir az gecikmiş, amma çox düzgün qərardır. Alışanov Azərbaycan televiziyasını min arşınlıq quyunun dibinə saldı, onu öz fəaliyyət səviyyəsinə endirdi. Televiziyanın ənənələrini davam etdirə bilmədi. Həm də onun adı digər korrupsiya faktlarında, maliyyəni düzgün xərcləməməklə bağlı məsələlərdə hallandı. Hesab edirəm ki, Alışanov televiziya tarixində ən uğursuz kadrlardan biri idi. Prezident çox müdrik addım atıb".
Q.Məhərrəmli "Alışanovun vəzifəsindən uzaqlaşdırılmasında adının hallandığı məhkəmələrin də təsiri ola bilərmi" sualına belə cavab verib:
"Bu qərara çox şeylərin təsiri ola bilər. Hər halda heç kim güman eləməsin ki, onun törətdiyi əməllərdən cəmiyyətin və yaxud yüksək dairələrin xəbəri yoxdur. Görünür, hər şeydən məlumatlıdırlar və onların əsasında qərar qəbul olunub".
f Paylaş








Ofeliyanın qardaşı komaya düşdü
Türkan Pərvizi kimə dəyişdi? - Yeni duet ortağı ilə ilk FOTO
Tezliklə öləcəyəm' - Sərdar Ortaçın vəsiyyəti
Oğlumun müğənni olmasına əsla razı olmaram
Damar tıxanıqlığının əsas səbəbi bu imiş
Sevgilisinin narkotiklə bağlı etirafından sonra bunu etdi
Hər gün yediyimiz "zəhər": Şirin ləzzətin qaranlıq tərəfləri
Yusuf Güney yenidən SAXLANILDI
Ayaqqabını nəm salfetlə silməyin - SƏBƏB
Mədə problemlərinin gizli səbəbləri məlum oldu
"Game of Thrones"in aktyoru öldü - FOTO
Məşhur aktyor ABŞ-İsrail-İran müharibəsindən film çəkir
Sen anlat Karadeniz'in aktyoruna qeyri-adi mükafat verildi
Hər gün bir stəkan içənlərin ürəyi yenilənir