Alışanovu bitirən səbəblər - Şikayətlər, hərc-mərclik, işçilər arasında ayrı-seçkilik...

Alışanovu bitirən səbəblər - Şikayətlər, hərc-mərclik, işçilər arasında ayrı-seçkilik...Xəbər verdiyimiz kimi "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov vəzifəsindən azad olunub.

Ölkə başçısı bununla bağlı sərəncam imzalayıb. Sərəncamda deyilir: "Arif Nizam oğlu Alışanov "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin".

Qeyd edək ki, Arif Alışanov 1977-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işə başlayıb. Ordu sıralarında hərbi xidmət keçdikdən sonra yenidən AzTV-də əmək fəaliyyətini davam etdirib.

1981-ci ildən şöbə müdiri, idarə rəisi, baş idarə rəisi, 1997-ci ildən Texniki-İstehsalat Birliyinin direktoru vəzifələrində çalışıb. 17 may 2001-ci ildən həmin birliyin direktoru vəzifəsi saxlanılmaqla Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti sədrinin texnika üzrə müavini işləyib.

28 mart 2005-ci ildə dövlət başçısının sərəncamı ilə "Azərbaycan Teleradio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, 16 avqust 2006-cı ildə isə sədr vəzifələrinə təyin olunub.

Arif Alışanov 2010-cu ilin noyabrında keçirilən parlament seçkiləridə 45 saylı Abşeron seçki dairəsindən Milli Məclisə deputat seçilib. 2010-cu ildə deputat səlahiyyətləri başa çatıb.

AzTV sədri vəzifəsinin icrası tanınmış jurnalist Rövşən Məmmədliyə tapşırılıb. Rövşən Məmmədov AzTV-yə 2015-ci ildə gəlib. Bu təyinatadək AzTV-də "Günün nəbzi" verilişinin aparıcısı idi. O, daha əvvəllər "Lider" TV-də çalışıb. R.Məmmədov hazırda AzTV-də çalışmaqla yanaşı, Bakı Avrasiya Universitetində də dərs deyir.

AzTV sədri və onun yaxın adamlarının idarəçiliyi haqda çoxsaylı şikayətlər vardı. İşçilərə az maaş verilməsi, hərc-mərclik, işçilər arasında ayrı-seçkilik haqda çoxlu iddialar vardı.

Qeyd edək ki, ötən il Bakı Ağır Cinayətlər Məhkəməsində Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun məhkəmə prosesi olub. Hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə Arif Alışanovla bağlı xeyli ilginc faktlar ortaya çıxmışdı. Məsələn, məlum olmuşdu ki, ölkənin büdcədən maliyyələşən əsas telekanalının rəhbəri Şamaxı rayonunda təxminən 6 milyon manatlıq torpaq alveri edibmiş. Bundan başqa, onun Quba, Xızı, Zərdab, Sabirabad, Xanlar rayonları ərazisində də torpaq sahələri var imiş. O da məlum olmuşdu ki, sabiq AzTV sədri yaşayış binaları tikib mənzil satışı ilə də məşğul olurmuş. Tərəflərin vəkillərinin vəsatətlərinə baxmayaraq, A.Alışanovun məhkəməyə gəlmədi. Prosesdə yalnız onun ifadəsi elan edildi. O bildirib ki, 2012-ci ildə qardaşı, yeznəsi və qayınları ilə birgə Şamaxıda vətəndaşların pay torpağını pulla alınmasını Ş.Əkbərovdan xahiş edib. AzTV sədrinin sözlərinə görə, Ş.Əkbərov və digərləri 2016-cı ildə Şamaxı rayonu ərazisində onu, bacısı oğlu Dəyanət Cəfərov və sürücüsü Hacı Babayevi öldürməyə cəhd edib. A.Alışanov deyib ki, Ş.Əkbərov onun və qohumlarının, ümumilikdə, 4 milyon 677 min manat pulunu mənimsəyib.

Sui-qəsddə təqsirləndirilən Ş. Əkbərov isə son sözündə günahsız olduğunu və məhkəmədən barəsində ədalətli qərar çıxarmasını istəmişdi. Hökmə əsasən, Ş. Əkbərov 18 il, Z. Şirinov 16 il, Q. Cəbiyev 17 il müddətinə azadlıqdan məhrum edilib.

Musavat.com

Xəbərlər     Baxılıb: 1554   Tarix: 16 yanvar 2019
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Tavanız bu vəziyyətdədirsə, dərhal atın

Mətbəxdə ən çox istifadə olunan yapışmaz teflon tavalar zamanla aşındıqda ciddi sağlamlıq problemlərinə yol açır. Mütəxəssislər vurğulayırlar ki, tavanın dibində müəyyən izlər və ya dəyişikliklər gördükdə ondan istifadən

.

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

Yemək zamanı su içməyin sağlam insanlarda həzmi asanlaşdırdığı bildirilsə də, reflüks xəstələrində mədə daxili təzyiqi artıra biləcəyi ilə bağlı xəbərdarlıq edilib.  xəbər verir ki, xalq arasında yayılmış "yeməklə s

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Gündəlik nə qədər D vitamini qəbul etməliyik?

Yetkinlər üçün orta gündəlik D vitamini tələbatı təxminən 400 BV olaraq qiymətləndirilir, qanda 12-20 ng/ml səviyyəsi isə əksər insanlar üçün kifayət hesab olunur və bu diapazondan yuxarı səviyyələr heç bir əlavə fayda vermir

.

Saç tökülməsi nə zaman təhlükəli sayılır?

Saç tökülməsi qadın və kişi fərq etmədən bir çox insanın qarşılaşdığı geniş yayılmış problemdir. xəbər verir ki, bu hal çox vaxt mövsümi və bəzən daha ciddi problemlərin xəbərçisi ola bilər. Türkiyəli dermatoloq-həkim Hicra

.

Tez-tez istehlak edirik amma çox təhlükəlidir - Xəbərdarlıq

Gündəlik həyatımızda bir çox qida və içki qəbul edirik. Bəziləri sağlamlığımız üçün faydalı olsa da, digərləri zərərli təsirləri ilə seçilir. xəbər verir ki, mütəxəssislər gündəlik olaraq tez-tez istehlak edilən emal olunmu

.

Hər gün saçını yuyanlara pis xəbər: Mütəxəssislər xəbərdarlıq edir

Son zamanlar mütəxəssislər saç baxımı ilə bağlı geniş yayılmış vərdişlərdən biri - saçın hər gün yuyulmasının zərərli ola biləcəyi barədə xəbərdarlıq edirlər. xəbər verir ki, dermatoloqların sözlərinə görə, saçın gündəli

.

Albalının xərçənglə mübarizədə rolu

Texas Universitetinin alimləri müəyyən ediblər ki, tünd şirin albalılarda olan antosiyaninlər üçqat mənfi süd vəzi xərçənginin böyüməsini yavaşlada və metastaz riskini azalda bilər, xüsusilə ağciyərlərə yayılma zamanı. -ı

.

Hər gün bir stəkan içənlərin ürəyi yenilənir

Aroniya meyvəsi yüksək polifenol tərkibi ilə damar sərtliyinin qarşısını alır, təzyiqi balanslaşdırır və immunitet sistemini hüceyrə səviyyəsində yeniləyir.  xəbər verir ki, aroniya meyvəsi bədəndəki oksidativ stresi azaltmaq

turlar.az

reseptler qaşların formalari toy gecesi qaragatin faydasi dini qadin geyimleri dirnaq berkiden maskalar doğuşa hazırlıq kosmetika kökəlmək üçün vətən haqqında bayatı bakire olumu novruz hakısdası