"Allah hamıya mənim ərim kimi kişi qismət etsin" - Rəqsanə

"Allah hamıya mənim ərim kimi kişi qismət etsin" - Rəqsanə"Heç kimə borcum yoxdur. Telefonlarım 24 saat açıqdır. Heç kimdən gizlənmirəm, qaçmıram. Azərbaycana gəlməməyimin səbəbi Moskvadakı işlərimdir".

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Rəqsanə İsmayılova deyib. Sənətçi artıq bir ilə yaxındır ki, Azərbaycana gəlməməsinin səbəblərindən danışıb.

O, borcu olduğu üçün buradan qaçma xəbərlərinə münasibət bildirib:

"Özüm Bakıda olmasam da işçilərim oradadır. Hamısı da telefona cavab verir. Rəqsanəni dünyanın bir çox yerində tanıyırlar. Heç nədən qaçan biri deyiləm. Bir ara da xəbər çıxdı ki, guya telekanallar məni qara siyahıya atıb. Hamısı yalandır. Hazırda Moskvada işlərim çoxdur. Ona görə də, Bakıya gələ bilmirəm. İstəmirəm gəlib orada bir klip təqdim edim. Mən gedib ağac altında durub klip çəkdirənlərdən deyiləm. İstəyirəm gəlim, 5 klip, 5 yeni fotosessiya, albom təqdim edim, konsert verim. Hamı mənim işlərimdən danışsın".

R.İsmayılova Azərbaycandan toy təklifləri aldığını, amma imtina etdiyini söyləyib:

"Ötən yay Şəmkir, Gəncə, Tovuz bölgəsində çox toyda oldum. Bu il Moskvada toylarım çoxdur. Azərbaycandan təkliflər alıram. Amma qiymət baxımından sərf etməyən toyla razılaşmıram. Avqust və sentyabrda Bakıda toya gələcəm. Əgər kimsə yaxşı pul verirsə razılaşıram. Başqa cür buradakı işlərimi atmaq mənə sərf etmir".

Müğənni həyat yoldaşından söz açıb:

"Həyatımdan o qədər razıyam ki.. Kaş ki yoldaşımı illər əvvəl tanıyardım. Çox xoşbəxtəm ki, ailəmin, mənim arxamızda belə bir kişi var. Ailə həyatım gözəl gedir. Allah hər bir qadının qarşısına mənim yoldaşım kimi kişi çıxarsın".

Rəqsanə deyib ki, Moskvada tikdirdiyi şadlıq evini ona əri verib:

"Yoldaşımın "Qız qalası" adlı restoranı var idi. Onu sökdürüb yerində böyük şadlıq evi tikdirdik. Onun bütün işini mənə verib. İndi başım oranın dizaynına qarışıb. Hər şeyin çox yüksək səviyyədə olmasını istəyirəm. Sentyabrda mütləq açılış etməliyik".

Sosial şəbəkədə tez-tez bahalı saat fotoları paylaşan ifaçı onu qınayanlara bunları deyib:

"Hamı bilir ki, saatları necə sevirəm. Paylaşdığım şəkillərin hamısı mənimkidir yazmıram ki... Haradasa nəsə bəyənirəmsə, şəklini səhifəmdə yayımlayıram. Özü də mən geyimlərimi, çox əşyalarımı internetdən sifariş edirəm. Ətrafımdakılar bilir ki, evimdə böyük saat kolleksiyası var".

Bir vaxtlar qızı Aysuna moda evi açacağını deyən Rəqsanə bu planının gerçəkləşməməsindən danışıb:

"Qızım istədiyi an ona moda evi açaram. Özü istəmədi. Dedi ki, gedim təhsil alım sonra. Türkiyədə oxudu, bitirdi və qayıtdı. İndi moda evini açacaq".

Xəbərlər     Baxılıb: 2169   Tarix: 11 iyul 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

geymler 2026 toy makiyaji sekilleri geyim dəbləri ilk tibbi yardim gil maskalari uşaq yeməkləri hamilelikde axinti kosmetika sanamalar qaynana hakista xeyanet qiz burcu vətən haqqında atalar sözləri