"Allah şeytana lənət eləsin" - Evlərə basqın edən dəstə saxlanıldı - VİDEO
Masallıda cinayətkar dəstənin üzvləri saxlanılıb.
Xanim.az xəbər verir ki, rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində soyğunçuluqla məşğul olan üç nəfərlik dəstə zərərsizləşdirilib.
Aprelin 18-dən 19-na keçən gecə rayonun Qızılağac kəndində maskalı şəxslər Tinati Səlimova, Xoşqədəm Mirzəyeva, Hökumə Səfərovanın yaşadığı mənzillərə daxil olaraq ev sahiblərinə hədə-qorxu gəlmək yolu ilə ümumilikdə 3 min manat dəyərində qızıl-zinət əşyaları ələ keçiriblər.
Əməliyyat-axtarış tədbirləri nəticəsində evlərə basqın etməkdə şübhəli bilinən üç nəfər Bakı şəhərində saxlanılıb. Onlar - Qızılağac kənd sakini Vüsal Əliyev, Bərdə rayon sakini Faiq Abışlı və Astara rayon sakini Amil Qənbərovdur.
Vüsal Əliyev – Saxlanılan şəxs: "Allah şeytana lənət eləsin, olub da, gəlmişik. Törətdiyim əmələ görə də peşmanam".
Faktla bağlı araşdırmalar davam etdirilir.
mənbə: ARB TV
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir