Allahşükür Paşazadə "Sovetski"də sökülən məscidlə bağlı danışdı: "Mən o məscidlərin yerini də tanımıram"
"Mən bir din xadimi olaraq hər hansı məscidin sökülməsinə tərəfdar deyiləm".
APA-nın xəbərinə bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Bakının "Sovetski" ərazisində iki məscidin sökülməsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, bu məscidlərin heç biri QMİ-də qeydiyyatdan keçməyib: "Mən heç o məscidlərin yerini belə tanımıram. Əgər söhbət ümumiyyətlə məscidlərin sökülməsindən gedirsə, əlbəttə mən bunun tərəfdarı deyiləm. Lakin bütün dünyada da qəbul olunub ki, xalq üçün əhəmiyyətli işlər görülərkən, məsələn, yol çəkilərkən və digər işlər həyata keçirilərkən məqsədli şəkildə, danışıqlar yolu ilə bu işlər həyata keçirilir. Mən bu haqda fikrimi aidiyyəti qurumlara da çatdırmışam".
Qeyd edək ki, "Hacı Əbdülrəhimbəy Qulubəyov" məscidi artıq sökülüb, "Hacı Cavad" məscidinin isə bu gün sökülməsi nəzərdə tutulur. Lakin yerli əhali məscidin sökülməməsi üçün polisə müqavimət göstərir. Hazırda əhali həmin məscidin ərazisində kütləvi şəkildə namaz qılır.










Qadınları orqazma çatdıran 7 seks pozası
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Atam küçədə yığılıb qalıb, heç kim ona yardım etməyib
Boran' bu tarixdə 'Uzak şehir'ə vida edəcək
Məşhur aktyor vəfat etdi
Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir
Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri
Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr
Xadiməsi dünya ulduzunu məhkəməyə verdi - SƏBƏB
Bütün mahnılarım tarixdə qalıb, 30 ildir oxuyurlar' - Rəqsanə
Mən xarakterli qadınam, heç vaxt efirdə ağlamamışam' - Əməkdar artist
İmperator'un dövlətə bağışladığı mülklər - SİYAHI
Ürəyim bütün zəvvarlar kimi orada qaldı' - Aparıcı Məkkə ziyarətindən yazdı