Allergik dəriyə tibbi yardım
Dəridə daha ciddi allergik problemlər olduğu zaman dəri xüsusi qulluq tələb edir. Bu qulluq həkimin göstərişlərinə əsaslanaraq yerinə yetirilərsə, daha məqsədəuyğun sayılır. Bəzi hallar vardır ki, bu zaman dəriyə tibbi qulluq etmək tələb olunur. Bu hallar aşağıdakılardır:
- qızartı və səpgilər bədəndə böyük bir hissədə olduqda
- müalicəyə baxmayaraq dəridəki yaraların müalicəyə tabe olmadığı zamanlarda
- 1-2 həftədən çox sürən, sağalmaq bilməyən səpgilər
- getdikcə artan qızartılar
- səpgilərdə ağrı, şişkinlik və infeksiya əlamətləri olduqda.
Adətən belə vəziyyətlərdə həkimlər xəstəyə kortikosteroidlər təyin edir. Böyrəküstü vəzin hormonu sayılan kortikoid hormonundan hazırlanan kortikosteroid kremlər belə vəziyyətdə dəridəki patologiyaları aradan qaldırır. Bu cür kremlər dəri xəstəlikləri zamanı çox faydalı olur. Amma steroid olduğu üçün belə kremləri həkimin nəzarəti altında, yəni normasında istifadə etmək lazımdır. Kremi zəif bir miqdarda xəstə nahiyyəyə sürtmək lazımdır.
Allergik səpgiləri olan dəriyə kimyəvi kosmetik vasitələrdən istifadə etmək olmaz. Belə xəstələr duş qəbul etdikləri zaman istifadə etdiklri sabuna, şampuna diqqət yetirməlidir. Dərisi allergiyalı xəstələr mətbəxdə də istifadə etdiyi kimyəvi maddələrlə ehtiyatlı davranmalıdır. Ev şəraitində dəridə allergiyaya səbəb ola bilən vasitələr aşağıdakılardır:
- paroşoklar
- ağardıcılar
- vanna və şüşə təmizləyicilər
- yun paltarlar
- rezin məmulatları
- parfümeriyalar və spreylər
- müxtəlif bjüteriyalar
- günəş kremləri.
Bəzi dəri allergiyaları öz-özünə sağalıb gedir. Amma dodaqlar, dil, əl və ayaqlarda şişmə, üşütmə, titrətmə, öskürək, nəfəs darlığı ilə müşayət olunan allergik reaksiyalar həkimin müalicəsi olmadan sağalmır və getdikcə daha da ağırlaşmaya səbəb olur.
Milli.Az









Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur
Elgiz yeni verilişinin tarixini açıqladı
Tatlısesin son görüntüsü - sevənləri kədərləndi - Foto
"100 dollar götürdük, çox utanırdım" - Emindən maraqlı etiraf
Nahidə Babaşlı toy tarixini açıqladı - FOTO
Yuxusuz qalanlar bunu mütləq bilməlidir
Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər
Alkoqol içənlərin beynində nə baş verir? - Alimlər səbəbini açıqladı