Alzheimer xəstəliyini burun spreyi ilə mülaicə etmək mümkün olacaq

Alzheimer xəstəliyini burun spreyi ilə mülaicə etmək mümkün olacaqAlimlər Alzheimer xəstəliyini müalicə etmək potensialına malik olan burun spreyi hazırlayıblar.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, beyindəki zərərli zülalları hədəf alan dərmanın koqnitiv inkişafa səbəb olduğu görülüb.
Alzheimer yaddaşdan tutmuş qərar qəbul etməyə qədər müxtəlif koqnitiv bacarıqlara təsir göstərir. Adətən qocalma ilə ortaya çıxan bu xəstəliyə beyində Tau zülalının toplanması səbəb olur. Sağlam insanların beyin hüceyrələrinin quruluşunu qorumağa kömək edən Tau zülalı neyronlar arasında qida maddələrini də daşıyır. Ancaq Alzheimer kimi neyrodegenerativ xəstəliklərdə bu zülallar bir araya toplanır və hüceyrə daxilində dolaşıqlar əmələ gətirir. Bu dolaşıqlar beyin hüceyrələrinin normal fəaliyyətini pozur, onların ölməsinə və idrak qabiliyyətinin azalmasına səbəb olur.
Alimlər illərdir yığılmış Tau zülallarını aradan qaldırmaq üsulları üzərində işləyirlər. Belə tədqiqatlardan birini aparan qrup buna nail ola biləcək burun spreyi hazırlayıb.
Tədqiqatın nəticəsi "Science Translational Medicine" jurnalında dərc edilib.
Siçanlar üzərində sınaqdan keçirilmiş üsulda ümidverici nəticələr əldə edilib. Texas Universitetinin tibb bölməsinin alimləri buna Tau zülallarını aşkarlayan və hədəf alan TTCM2 adlı antikor sayəsində nail olublar. İnsanlarda Tau zülalını ifadə etmək üçün genləri dəyişdirilmiş yaşlı siçanlara həmin antikor burun yolu ilə tətbiq olunub.
Üç saat sonra beynin müxtəlif hissələrinə və hüceyrələrə yayılan TTCM2 tau zülallarını təmizləyib.
Tədqiqatçılar qeyd ediblər ki, antikor hüceyrədə TRIM21 adlı zülalla əməkdaşlıq edir. Normalda orqanizmin viruslardan təmizlənməsində rol oynayan bu zülal TTCM2 ilə qarşılıqlı əlaqədə olub, dolaşıqların daha effektiv şəkildə aradan qaldırılmasına şərait yaradıb.
Komanda daha sonra siçanları davranış testinə məruz qoyub və TTCM2 ilə müalicə olunan heyvanların "əhəmiyyətli dərəcədə daha yaxşı" performans göstərdiyini qeyd ediblər. Tədqiqatçılar siçanların koqnitiv qabiliyyətlərində də irəliləyişlər müşahidə ediblər.
Onlar burun spreyi üsulunun tau dolaşıqları meydana gətirən Alzheimer kimi neyrodegenerativ xəstəliklərə qarşı yeni müalicə vasitələrinin inkişafına yol açacağını düşünürlər.
Komandanın insan sınaqlarına nə vaxt başlayacağı hələlik məlum deyil.
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1449   Tarix: 29 iyul 2024
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

qis geyimləri 2026 toy makiyaji sekilleri sac duzumleri korpelere qulluq dalğalı saç düzümləri cennet almasinin hazirlanmasi əllərin tərləməsi kosmetika webnem tovuzlu gulmeli hakista naz mila rus dilini oyrenek 2ci ders geyim