AMEA Rəyasət Heyəti aparatının strukturu və kadr təminatı təkmilləşdirilir - Ramiz Mehdiyev sərəncam imzalayıb

AMEA Rəyasət Heyəti aparatının strukturu və kadr təminatı təkmilləşdirilir - Ramiz Mehdiyev sərəncam imzalayıbAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatının strukturu və kadr təminatının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılır.
Milli.Az xəbər verir ki, AMEA-dan Trend-ə bildirilib ki, Akademiya qarşısında duran vəzifələrin həlli AMEA Rəyasət Heyəti aparatının fəaliyyətindən bilavasitə asılıdır. Bu baxımdan bir sıra təhlillər aparılıb və bunun əsasında işçilərin seçilməsi və yerləşdirilməsi, müxtəlif struktur bölmələrin və əməkdaşların fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev yeni sərəncam imzalayıb.
Akademik Ramiz Mehdiyevin imzaladığı sərəncama əsasən, AMEA Rəyasət Heyəti aparatının strukturunun və idarəetmə sisteminin, habelə kadrların seçilməsi və yerləşdirilməsi işinin təkmilləşdirilməsi məqsədilə komissiya yaradılıb. Komissiyanın sədri AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov təyin olunub. Tərkibə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin rəisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov, Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri, aparatın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov və aparatın Kadrlar və hüquqi təminat şöbəsinin müdiri Rzaqulu Hacıyev daxil edilib.
Qeyd edək ki, komissiya AMEA Rəyasət Heyəti aparatının yeni strukturunu, "Azərbaycan Milli Elmlər Akademiyasının vəzifə nomenklaturası"nın yeni layihəsini və geniş elmi dünyagörüşə, hərtərəfli biliyə malik, məsuliyyətli və işgüzar mütəxəssislərin obyektiv meyarlar əsasında seçimini təmin etmək məqsədilə təkliflər hazırlayıb AMEA-nın prezidentinə təqdim edəcək.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1499   Tarix: 25 noyabr 2019
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

geyim və ayaqqabılar donlar 2026 kosmetika mehsullari mexmerek buxaq serebral iflic usaqlar pehriz salatlar kosmetika sevgi heyati video vətən haqqında bayatılar englishdilində qulaq