Ana bətnində olarkən həbsdə olan məşhurun faciəli həyatı və sonu

Ana bətnində olarkən həbsdə olan məşhurun faciəli həyatı və sonuTupakın anası ona hamilə olarkən hakimiyyətə qarşı olan fəaliyyətinə görə həbs olunur. Övladını türmədə dünyaya gətirmək istəməyən Afeni Şakur vəkildən imtina edərək, məhkəmədə özü-özünü müdafiə edərək doğumdan əvvəl azadlığa çıxır, 1971 – ci il, 16 iyunda oğlunu dünyaya gətirir.

Övladının 1 yaşı olarkən Afeni Şakur İslam dinini qəbul edir və aktivist Mutulu Şakura ərə gedir. Bundan sonra o oğlunun adını dəyişib Tupak Amaru Şakur qoyur. Doğma atası ilə əlaqələri kəsilən Tupak ərköyün və sərbəst böyüyür.

Mən demirəm ki, mən dünyanı dəyişəcəm, amma mən dünyanı dəyişəcək insanları oyadacam.

Yaşadığı cəmiyyətdə olan sosial ədalətsizliklər yeniyetmə oğlanı narahat edir. Sinfi ayrıseçkiliyə qarşı mübarizə aparmaq üçün o gənc yaşlarından valideynləri kimi vətəndaş hüququları hərəkatına qoşulur və hətta kommunist təşkilatına üzv olur. İlk vaxtlardaTupak öz fikirləri və mübarizəsi haqqında şeirlər yazır. Daha sonra isə rep-musiqisi vasitəsi ilə səsini daha da uzaqlara çatrımağa müvəffəq olur.

Tupakın ilk albomu 1991-ci ildə işıq üzü görür və o dünyaya səs salmağı bacarır. Albomdakı mahnılar cəmiyyətin yuxarı zümrəsi və güc strukturlarına qarşı tənqidi mövqe ilə seçilir. Bu dövrdən Tupakın adı qalmaqallarda səslənməyə başlayır. Bir ildən sonra o özünü aktyorluqda sınayır və Juice filmində ilk və ən yaddaqalan obrazını yaradır.

Xasiyyətcə mehriban və köməksevər reperin ətrafına çoxlu sayda artıq və şübhəli insan toplanır. Onu iştirak etmədiyi zorlama hadisəsində istintaqa cəlb edirlər. Tupak günahsızlığından arxayındır və məhkəmə işinə hazırlaşır. Bu vaxt artistə daha bir mənəvi zərbə dəyir. Biznes əməkdaşlarından biri onu alçatmaq üçün onu qarət etməyə iki cangüdən göndərir. Yaxın məsafədən ona tuşlanmış odlu silah qarşısında əyilmək istəməyən Tupak boyunbağısını kiməsə verməyə razı olmur, və silahı basqınçıların əlindən almağa səy göstərir. Bu vaxt ehtiyatsız davranan reper özünü ayaq və qasıq nahiyəsindən yaralayaq xəstəxanaya düşür (şəkildə Tupak xəstəxanaya aparılır). Sabahısı gün o heçnə olmamış kimi oranı öz xoşu ilə tərk edərək müttəhim kreslosunda əyləşmək üçün məhkəməyə yollanır. Bununla reper canlı əfsanəyə çevrilir. Lakin bu iş çıxış etdiyi əvvəlki məhkəmə işlərinin nəticələrindən fərqlənir. İki polisə atəş açdığına görə onu həbsə göndərə bilməyən hüquq sistemi, qadın problemlərini pop-çartlara qaldıran adamı mistik şahidlər vasitəsilə qadına qarşı zorakılığa görə həyatında ilk dəfə həbs etdirir.

11 aylıq məhkum həyatından sonra Tupak 1996-cı ilin əvvəlində həbsdən çıxmaq üçün əmanət ödəyir. Lakin bu pulu əldə etmək üçün o musiqi sahəsində çalışan canilərlə 3 albomluq müqavilə imzalayır. Bundan sonra o musiqi sənayesinin nümayəndəsinə çevrilir və əvvəlki siyasi ruhunu qismən itirir. Şöhrətə və paranoya hisslərinə təslim olmuş reper gərəkli insanlardan uzaqlaşır və gərəksizlərlə yaxın olur. Keçmiş dostu Biggie-yə qarşı müharibə elan edir, mahnılarının əksəriyyəti cinayət, əyləncə və digər reperlərin alçaldılması mövzusunda olur.

Artıq müqavilənin bitməsinə az qalır. Bir azdan Tupak yenidən sərbəst olacaq, yenə özünü mübarizəyə həsr edəcəkdi. 1996-cı ilin ortaları, Tupakın paranoyası son həddə çatır və o hər gün öz ölümünü gözləyir. Tupak gündə bir neçə mahnı yazır və ölümündən əvvəl mümkün qədər çox söz demək istəyir. Müqavilənin son albomunun sözləri 3, musiqi tərtibatı isə daha 4 günə hazır olunur: The 7 Day Theory.

13 sentyabr 1996-cı ildə 25 yaşlı Tupak dostu Mike Tysonun döyüş gecəsi aldığı güllə yarasından dünyasını dəyişir, amma indiyədək onun qatilləri tapılmır.//kayzen.az

Ana bətnində olarkən həbsdə olan məşhurun faciəli həyatı və sonu

Xəbərlər     Baxılıb: 2472   Tarix: 24 oktyabr 2015
f Paylaş

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

turlar.az

həkim məsləhəti toy gecesi qadin dunyasi stil dərsləri bizim məşhurlar vətən bayatıları könül kerimova kosmetika qz eviyçun hakışta novruz hakistalari suni mayalanma azerb clpaq qadinlari arxadan olmaq