"Anam məni o qədər döydü ki, həyata gəldiyimə peşman oldum"

"Anam məni o qədər döydü ki, həyata gəldiyimə peşman oldum"BiG.AZ müğənni Türkan Vəlizadənin ölkə.az-a müsahibəsini təqdim edir.

- Türkan xanım, zaman adlı bir "at"a mindiniz, onu çapdınız, çapdınız... Gəlib hara çıxdınız?

- Bəlkə də istədiyim yerdəyəm, amma yenə də çalışmaq lazımdır. İllərdir ki, əziyyət çəkirəm. Əvvəllər maddi imkanım olmadığına görə özüm üçün müəyyən bir şeyləri edə bilmədim. Amma şükürlər olsun ki, Pərviz Bülbülənin mənə göstərdiyi dəstək sayəsində bağlı olan qapılar da üzümə açılmağa başladı. Buna baxmayaraq öz üzərimdə işləyirəm, arxayınlaşmamışam.

- Çətin vaxtınızda bir "əl" sizi qaldırdı. İndi o olmasa, öz ayaqlarınız üzərində dayana bilərsinizmi?

- O "əl" hələ ki, üstümdədir. Nə vaxt çəkilər, onda fikirləşərəm. Amma yenə də deyirəm ki, dayanmadan çalışıram.

- Dediniz ki, sənətinizdə arzuladığınız bir yer var, ora doğru getmək istəyirsiniz. Çoxmu qalıb həmin yerə çatmağınıza?

- Var, hələ var. İnsan həyatda nə qədər yaşayırsa, bir o qədər də çalışmalıdır.

- Kənardan baxanlar elə düşünürlər ki, Türkan Vəlizadə müəyyən qədər özünəqapalı və soyuq bir insandır. Elədirmi?

- Düzdür, baxanlar elə zənn edir ki, mən özümdənrazı və qapalı biriyəm. Amma elə deyil. Bacardığım qədər insanların dərdinə şərik çıxmağa, onlara əl uzatmağa çalışıram. Çünki özüm vaxtilə çox əziyyət çəkmişəm. Pərviz Bülbüləyə qədər əzab-əziyyət gördüm. Hansı qapıya getdimsə, qapıları üzümə bağladılar. Kimdən kömək umdumsa, "yox" dedilər. İndi mənim heç nəyə ehtiyacım yoxdur, şükürlər olsun. İndi vaxtilə mənə qarşı soyuq olan insanlara qarşı necə isti münasibət göstərə bilərəm?!

- Öz ətrafınıza bir "sərhəd" çəkmisinizmi?

- İnanın ki, çəkməmişəm. Anam həmişə deyirdi ki, sənə qarşı pis olanlara qarşı çox mülayim olursan. Xarakterim belədir. Mənə düşmən olanlara da arxa çevirə bilmirəm.

- Pərviz Bülbülə ilə tanışlığınız necə yarandı?

- Artıq üç-dörd ildir ki, Pərvizlə eyni məclislərə düşürdük. Dostluğumuz o zamandan bəri var. Amma həmin illər ərzində iş birliyi barədə aramızda heç bir söhbət olmamışdı. Bir dəfə rayona toya gedirdi. Pərviz dedi ki, "Aşiq-Canan" adlı yeni bir mahnı var. Onu sənə göndərəcəm, öyrən. Haçansa bir məclisə düşsək, ifa edərik. Razılaşdım və mahnını öyrəndim. Yaxşı yadımdadır, həmin mahnını ilk dəfə Masallıda oxuduq. Daha sonra yayılmağa və sevilməyə başladı. Amma Moskvada "Veqas"dakı konsertdən sonra daha populyarlaşdı. Məhz bundan sonra dediyim o bağlı qapılar üzümə taybatay açılmağa başladı və özüməməxsus ifa tərzim, səhnə performansım və şirinliyim məni xalqa sevdirdi.

- Sizin üçün açılmayan qapılar hələ də varmı?

- İstəyirlər ki, bağlı qalsın. Amma Allah mənə səbr verdi və zaman gəldi. Özü o qapıları mənim üçün açdı.

- Maraqlıdır, özünüzə qapalı olmağınız nədən irəli gəlir?

- Mən insanlara çatdırmaq istədiyim fikri tam çatdıra bilmirəm. Ona görə də özüm-özümlə danışıram.

- Nə deyirsiniz özünüzə?

- Xasiyyətimdən gileylənirəm. İnsanlara çox güvənirəm.

- Bundan sui-istifadə edənlər çox olur?

- Bəli. Elə vaxt olub ki, inandığım insanlara görə illərimi itirmişəm. Hətta evdə deyirdilər ki, sən o insanlara inanmaqla səhv edirsən. Amma mən öz bildiyimi edirdim. Nəticədə, başım daşdan-daşa dəyirdi.

- Başınızın daşa ən bərk dəydiyi məqam hansı olub?

- Uşaqlıq edib çox böyük bir səhv etmişdim. Nə olduğunu deməyəcəyəm. Bir onu deyə bilərəm ki, sonradan həmin səhvimi düzəltdim.

- Özünüzü nədən qoruyursunuz?

- Həmişə çalışmışam ki, danışanda sözlərimə müəyyən bir sərhəd qoyum. Lakin ürəyimin təmizliyindən, nə gəldi deyirəm, onda da aləm dəyir bir-birinə. Əslində yaxşı bir şey demək istəyirəm, o da gəlib pis mənaya çıxır. Bir sözlə, dilimin bəlasına düşürəm (gülür).

- Sevgi nədir sizin üçün?

- Deyirlər ki, sevgi var. Amma sevginin nə olduğunu dərk edə bilmirəm. Daha çox bağlılıq adlandırıram bu hisləri. Ümumiyyətlə, bir insan digəri ilə əvəz olunursa, o sevgi deyil.

- Çoxmu həsrət çəkdiniz?

- Bəli, çox çəkmişəm. Heç vaxt unutmaram, elə bir vəziyyətdə idik ki, evdə çay qaynatmağa çaydanımız yox idi. Öz qohumumuza zəng etdik, dedik ki, pulumuz yoxdur. Yemək bişirdiyimiz qazanda çay qaynatmışıq. Bizə bir çaydan al, göndər. Anam da xəstə idi. Onun yemək yediyi qazanda çay qaynadıb içməyi məni yandırırdı. Bağrım çartlayırdı. Amma həmin o qohumum bizə bir çaydanı qıymadı. Mən indi yaddan nə gözləyim? Halbuki indi həmin qohum mənim başıma and içir. Dəyişən nədir ki? Mən həminki insanam. Mən yenə də o insalara qarşı olduğum kimiyəm. Qapıma gələnlərə qapımı da açıram, ürəyimi də.

- Əlinizdən nə çıxdı?

- Şükürlər olsun ki, hər bir şey qaydasındadır. Hər şey əlimdədir.

- İpin ucunu dartdıqca hansı səmtə gedir?

- Yaxşılığa doğru gedir, amma təki yarı yolda qırılmasın. Çünki o ipə də etibar yoxdur.

- Ailənin "yük"ü sizin üzərinizdədirmi?

- Bəli, anam ali təhsillidir, amma evdar xanımdır. Atam da bizi böyütmək üçün əlindən gələni edib, indi də edir. Əsas odur ki, yanımdadır, arxamda dayanıb. Mənim üçün həyatda ən birinci kişi atamdır. Ümumiyyətlə, zəif ata yoxdur. Atanın hətta kölgəsinin insanın üzərində olmağı da kifayətdir.

- Ananın qızı olmaq çətindir, yoxsa qız anası olmaq?

- Hər ikisi. Bir ana doqquz ay səni bətnində gəzidib dünyaya gətiribsə, pis ola bilməz. Ona layiq olmaq lazımdır. Qız anası olmaq isə böyük məsuliyyətdir. Mənim anam bizi əlinin içərisində böyüdüb. Təsəvvür edin ki, qonşunun uşaqları həyətdə oynayanda anam bizi qapıdan başımızı da çıxartmağa qoymurdu. Bir dəfə çölə çıxmışdım, məni o qədər döydü ki, həyata gəlməyimə peşman oldum. İndi anam deyir ki, Türkan, mən səni o qədər qorumuşam ki, sənin müğənni olmağın ağlıma gəlməzdi. Amma bu sənətə məni ailəm özü gətirib. Heç kim demir ki, bu sənət pisdir. Sadəcə olaraq, öz tərbiyəni, öz sanbalını qorumaq əsas şərtdir ki, mən də bunu bacarmışam. Allah mənim ağlımı başımdan almasın.

- Hansı hadisə üzünüzə sillə kimi dəydi?

- Bayaq danışdığım çaydan məsələsi. Həyatda aldığım ən böyük zərbələrdən biri oldu. Amma mən heç vaxt o insanın üzünə vurmamışam. Mən keçmişimə şükür oxuduğuma görə Allah bu ruzini mənə verib.

- Gün var, əsrə bərabər. O gün hansı gün idi?

- O günlərin sayı çoxdur. Hansını deyim? Ürəyimə sığışmır.

- Nəyin arxası ilə qaçırsınız?

- İnsan gərək heç nəyin arxası ilə qaçmasın. Qismətdə varsa, o özü gəlib səni tapacaq.

- Əliniz ətəyinizdə çox qalıb?

- Olub, bəli, olub.

- Ailəli olmamısınız?

- Xeyr, yaxın zamanda da bunu planlaşdırmıram. Çünki indi karyeramda yüksəliş dövrünü yaşayıram. İstədiyim bir məqam var, o məqama çatandan sonra bu barədə düşünərəm. Amma bir nəfər gəlib desə ki, ailə quraq mən səni hər şeylə təmin edirəm, məclislərdə oxuma, yalnız səhnədə oxu, bax, onunla razılaşaram bəlkə də. Konkret desək, indi olduğum yeri əldən vermək istəmirəm.

- Geyim barədə bir kompleksiniz varmı?

- Mənə deyirlər ki, sənə qısa geyinmək yaraşır. Amma mən geyinə bilmirəm. Çünki daxilən narahat oluram. Çünki qısa geyinəndə istər-istəməz aşağı dartışdıracağam (gülür).

- Qadın nəzərinə daha çox tuş gəlirsiniz, yoxsa?

- İndi daha çox qadınların hədəfinə düşürəm. Qadınlar var, mənə elə baxırlar ki, elə bil paxıllığımı çəkirlər, qısqanırlar. Onu da deyim ki, qadınların çoxunun mənə qarşı fikri müsbətdir. O ki qaldı kişilərin baxmağına, hər şey qadının özündən asılıdır. İnsan gərək ilk növbədə özünə hörmət qoysun.

- Öhdənizdə olan hansısa məsuliyyətli bir iş var?

- Var. İki bacımı yerbəyer edib, onları düzgün istiqamətə yönəltmək. Mən bacılarımın həm bacısıyam, həm də qardaşı. Mən dünyaya gəlməmişdən atam anama deyibmiş ki, oğlan olsa, qurban kəsəcəm, olmasa, yox. Mən dünyaya gələndə atam küsüb (gülür). Amma indi mənə deyir ki, nə yaxşı sən olmusan. Sən mənim həm qızımsan, həm də oğlum. Nəslin ilk uşağı olduğuma üçün hər istədiyimi ediblər.

- Hansı insanların sözünü bu qulağınızdan alıb, o biri qulağınızdan verirsiniz?

- Üzümə gülüb, arxamca danışanların. Mənim pisliyimi istəyən insanların sözlərinə əhəmiyyət vermirəm.

- Özünüzə nə söz vermisiniz?

- Söz vermişəm ki, heç kimə borc verməyəcəyəm. Heç kim məndən borc istəməsin. İmkanım çatan qədər insanlara kömək edəcəyəm, amma borc kimi yox. Çünki borc verirsən, geri istəyəndə pis adam olursan. Elə danışırlar ki, elə bil, belə də olmalı imiş. Amma qapım hər kəsə açıqdır. Yeri gəlmişkən, bu yaxınlarda bir ailə müraciət etdi ki, onların uşaqlarının bir şeyə ehtiyacı var. Sağ olsun dostlar. Onlarla birləşib onu aldıq və həmin ailəyə göndərdik. İnanın ki, o ailənin, o uşağın sevincini milyonlar əvəz edə bilməzdi. Mənim üçün çox xoş oldu. Bax, belə yardımlara hər zaman hazıram.

- Əsəbi insansınız?

- Sakit görünməyimə baxmayın, çox əsəbiyəm. Hirslənəndə ya nəyisə sındırmalıyam, ya da ağlamalıyam. Əvvəllər telefonlarımı sındırırdım, sonra düşündüm ki, telefona pul verirəm. Ən yaxşısı ağlamaqdır (gülür).

- Ağlınızın ucundan nə keçməzdi?

- Mənim ağlıma da gəlməzdi ki, bir gün Pərviz Bülbülə mənə əl tutar və bu qədər kütlənin sevgisini qazanaram.
"Anam məni o qədər döydü ki, həyata gəldiyimə peşman oldum"

Xəbərlər     Baxılıb: 2865   Tarix: 27 may 2018
f Paylaş

Oxşar xəbərlər

.

Yeni orqan kəşf edildi

Alimlər kəllə sümüyündə beynin müdafiəsində rol oynaya biləcək yeni immun strukturlar aşkar ediblər. -a istinadən xəbər verir ki, araşdırma Vaşinqton Universitetinin Tibb Fakültəsinin alimləri tərəfindən aparılıb. Nəticələ

.

Yod çatışmazlığı təhlükəlidir

Yod tiroid hormonunun istehsalı üçün vacib bir elementdir. Həm çatışmazlıq, həm də artıqlıq orqanizm üçün ciddi təhlükədir.  xəbər verir ki, yod daha çox cod, ton balığı və süd, qatıq və pendir kimi süd məhsullarında olur

.

Maşında ürəkbulanmanın yaranma səbəbi

Xalq arasında "maşın tutması" kimi tanınan hərəkət xəstəliyi səyahət zamanı ürəkbulanma, başgicəllənmə, qusma, soyuq tər və baş ağrısı kimi əlamətlərlə özünü göstərə bilər. -a istinadən xəbər verir ki, bu hal daxil

.

Qırmızı və yaşıl almaların faydaları – Hansını yemək daha yaxşıdır?

Alma gündəlik qidalanmada geniş istifadə olunan, vitamin və digər faydalı maddələrlə zəngin meyvələrdən biridir. xəbər verir ki, qırmızı və yaşıl almaların hər ikisi sağlam qidalanmanın bir hissəsi ola bilər, lakin tərkibind

.

İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq

"İsti havadan kəskin soyuq havaya keçid, xüsusilə ürək-damar xəstəlikləri olanlar, meteohəssas insanlar, yaşlılar və tənəffüs sistemi problemləri (astma, bronxit) olan şəxslər üçün daha təhlükəlidir". xəbər veri

.

Alkoqol içənlərin beynində nə baş verir? - Alimlər səbəbini açıqladı

Yeniyetməlik dövründə təkrar və həddindən artıq alkoqol istifadəsinin beynin strukturuna və fəaliyyətinə mənfi təsir göstərdiyi müəyyənləşib. xəbər verir ki, araşdırma ABŞ-nin Marşall Universitetinin Joan C. Edwards Tib

.

Dünəndən qalan çayı içmək olar?

Çay dünyada ən çox istifadə olunan içkilərdən biridir. Bəzən dəmlənmiş çay süfrədə saatlarla qalır, hətta ertəsi gün yenidən içilir. Bunun sağlamlıq üçün nə dərəcədə təhlükəli olması ilə bağlı isə müxtəlif iddialar yayılır

.

Orqanizminizdə iltihab varsa qəhvə için

Qəhvənin orqanizmdə iltihab proseslərinə mümkün təsiri ilə bağlı yeni araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc olunub. axşam.az-a istinadən bildirir ki,  alimlərin əldə etdiyi nəticələrə əsasən, qəhvəni

.

Ən zərərli meyvə və giləmeyvələrin adları açıqlandı

Sağlamlıq və uzunömürlülük sahəsi üzrə mütəxəssis Diyeqo Suares bəzi meyvə və giləmeyvələri rasiondan çıxarmağı və ya azaltmağı tövsiyə edib. qafqazinfo-ya istinadən xəbər verir ki, mütəxəssis onların sağlamlıq üçün zərərl

turlar.az

toy makiyajlari qadin dunyasi yay geyimləri 2026 ana haqqinda atalar sozleri hakışdalar pomidorun ziyani piodermiya nedir kosmetika opusme xərçəng bürcü seksler novruza aid hakisda sac duzumleri