"Anama hədə-qorxu gəlirlər ki, qızını məhv edəcəm..." - Həbs xəbəri yayılan Günay İbrahimli danışdı

"Anama hədə-qorxu gəlirlər ki, qızını məhv edəcəm..." - Həbs xəbəri yayılan Günay İbrahimli danışdıBir neçə gündür ki, mediada müğənni Günay İbrahimlinin Daxili İşlər Nazirliyinin Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılması barədə məlumat yayılıb. Bildirilir ki, müğənni keçmiş xanım sponsoru Nuriyyə Əhmədovanın külli miqdarda pulunu mənimsəməkdə ittiham olunur. Günayın iş xanımına 225 min manat borclu olduğu iddia edilib.

"Qafqazinfo" məsələyə aydınlıq gətirmək üçün Günay İbrahimli ilə əlaqə saxlayıb. O, ittihamlarla razılaşmayaraq heç kimə borclu olmadığını qeyd edib:

"Bizim Nuriyyə Əhmədova ilə müqaviləmiz 2009-cu ildən 2014-cü ilədək davam edib. Həmin müqavilə Nuriyyə Əhmədova ilə deyil, modelyer Zümrüd Mirzəliyeva ilə bağlanıb və ondan 4 il keçib. Bütün sənədlər məndədir. Nuriyyə xanım açıqlamasında deyir ki, mahnılara, kliplərə müəyyən miqdarda pul xərcləyib. Amma unudur ki, Azərbaycanda 10-20 minə mahnı satılmır. Elə bəstələr olub ki, çalışdığımız müddətdə mənə hədiyyə olunub. Və yaxudda 1000-2000 manat dəyəri olub.

Nuriyyə Əhmədova 4 ildən sonra məsələni qaldıraraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edib. Bir neçə ay bundan əvvəl "Bandotdel''də də bu işə baxıldı və izahat verdim. Əlimdə olan sənədlərlə sübuta yetirildi ki, belə bir şey yoxdur. Bundan əlavə, o xanım birgə işlədiyimiz müddətdə mənə avtomobil vermişdi, maşının kreditini 4 il anam "NBC" banka ödəyib. Sonra həmin avtomobili məndən tələb etdi və geri qaytardım. Həmin 5 ildə dayanmadan bir neçə şou proqramlarda günü 70-100 manata oxudum,hesablasaq ay ərzində 10 minə yaxın pul edir. Bu da 4 il ərzində 480 min manat qazanc deməkdir. Mən o pulların 5 mislini qaytarmışam. Çox əziyyət çəkmişəm, amma o pullardan bir manat belə görməmişəm.

Əslində, mən şikayətçi olmalıyam ki, pullarımı mənimsəyiblər. Bunlara nə olub? Dərəbəylik deyil ki? Bizim hüquq-mühafizə orqanları məsələni dəqiqliklə araşdırıb. Mənim əlimdə dediyim fikirləri sübut edən sənədlər var. Arxam, dayağım isə qanundur. Bu gün mən Günay İbrahimliyəm. İndi kimlərəsə bu asan görünə bilər, amma bu yerdə olmaq üçün dişimlə, dırnağımla gəlmişəm.

Bundan əlavə, həmişə yanımda olan mətbuatda Azərbaycandan qaçmağım, getməyim barədə məlumatlar oxudum. Mənim burda olmamağımdan sui-istifadə edirlər. Sizcə, mən bu məsələyə görə ölkəmdən gedərəm? İstanbula işlərimlə bağlı gəlmişəm, bir neçə gün sonra Bakıya qayıdacam. Belə cılızlaşmayaq. Əslində, bu mövzuda açıqlama verməyəcəkdim. Məni sevənlərim, dostlarım, fanatlarım narahatdır. Onlar üçün deyirəm ki, bu cür xəbərlər əsassızdır".

Müğənni onu da qeyd edib ki, sözügedən xanım ailəsini təhdid edib:

"Bizim evə gələrək anamla atama hədə-qorxu gələrək dedi ki, görəcəksiz qızınızı məhv edəcəm, hələ sizdən nə qədər pul qoparacam. Bu nə deməkdir? Mən də onu bu hərəkətinə görə məhkəməyə verə bilərəm. Bütün bunların qarşılığında sadəcə bir şey demək istəyirəm. Mən qanuna və dövlətimə güvənirəm".

Xəbərlər     Baxılıb: 2177   Tarix: 16 may 2018
f Paylaş

Oxşar xəbərlər

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

hamilelikde qidalanma makiyaj etmek qaydalari maskalar azərbaycan haqda gənc qalmağın sirləri saç hörükləri infarkt elametleri kosmetika burcler haqqinda zehmet ve zinet cantalar hakışta atalar sözləri