"Anamın 68 yaşı var, bir də onu nə vaxt görəcəm?" - Ömürlük məhbus ƏDALƏTLİ QƏRAR İSTƏDİ

"Anamın 68 yaşı var, bir də onu nə vaxt görəcəm?" - Ömürlük məhbus ƏDALƏTLİ QƏRAR İSTƏDİBakı Apelyasiya Məhkəməsində "Zaminbank"ın filial müdiri Azər Məmmədovun qətlində təqsirləndirilən Sənan Quliyev və Mövlud Səfərov barəsində hökmdən verilən apelyasiya şikayəti üzrə baxış iclası keçirilib.

Qadinsayti.az-ın verdiyi xəbərə görə, hakim İlqar Muquzovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Ruslan Əfəndiyev məhkəməyə ərizə ilə müraciət edərək ibtidai istinaqda və Bakı Ağır Cinayətlər Məhkəməsində verdiyi ifadələrdən imtina etdiyini bildirib. O ərizəsini elan etmək istəsə də, hakimlər buna icazə verməyib və R.Əfəndiyevdən sadəcə şikayətlərə münasibət bildirməsini tələb ediblər. R.Əfəndiyev vəkillər Cavid Rzazadənin və Vasif İsrafilovun şikayətlərinin təmin olunmasını istəyib və heç bir şikayəti olmadığını deyib.

R.Əfəndiyev ərizəsində hadisə zamanı təqsirləndirilən M.Quliyevin heç kimin qollarını tutmadığını qeyd edib.

Təqsirləndirilən S.Quliyevin vəkili V.İsrafilov son söz nitqi ilə çıxış edərək hüquqlarını qoruduğu şəxsin yalnız müdafiə həddini aşdığını deyib və ölüm maddəsinin həmin maddəyə tövsif edilməsini istəyib.

C.Rzazadə replika çıxışı edərək şikayətdə R.Əfəndiyevlə bağlı hissədən imtina etdiklərini deyib.

Sənan Quliyev son sözlə çıxış edərək qəsdən adam öldürmədiyini, belə fikrinin olmadığını deyib: "Ruslanı öldürsəydim bu qədər pis olmazdım, davanı o salmışdı. Rəhmətlik Azərin isə səsini də eşitməmişdim. Gülsabah xanım, övladınızı itirmisiz, Allahınızı itirməyin. Ömürlük həbs ölümdən də pisdir. Azər üçün Quran oxuyuram, oruc tuturam. Anası isə bu hərəkətləri ilə günah qazanır. Mənim hökmümü Allah verəcək. Fikirləşəndə ki, adam öldürmüşəm, dəhşətə gəlirəm. Amma vicdanım təmizdi, Azər heç yuxuma da girmir. Allah istəməsə heç nə olmaz, demək ki, belə istəyib. Bir səhvdi də etmişəm. Demirəm ki, açın məni buraxın. Düz-əməlli həyatımı yaşayırdım da, hadisə vaxtı nə qədər də dil-ağız tökdüm ki, dalaşmayın. Kaş o bıçaq üstümdə olmazdı, döyülərdim. Demək ki, qismətim beləymiş. Ölüm yaxşı insanlar üçün gözəl bir şeydi, gedib cənnətdə nemətlərimi alacam. Məhkəmələrə bu qədər pul verməkdənsə, gedin oğlunuza ehsan verin. Mənə ömürlük hökm oxunacağını gözləmirdim. Polisə özümün təslim olmağımı da nəzərə alın. Sizdən ədalətli hökm verməyinizi istəyirəm. Anamın 60 yaşı var, mən bir də onu nə vaxt görəcəyəm?"

Məhkəmə kollegiyasının qərarı ilə müdafiə tərəfinin vəsatəti təmin edilməyib, hökm qüvvədə saxlanılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Quliyev ömürlük, M.Səfərov 20 il müddətinə azadlıqdan məhrum edilib./qafqazinfo/

Xəbərlər     Baxılıb: 2017   Tarix: 14 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Aspirin xərçəng riskini azaldır?

Aspirin uzun illərdir əsasən ağrıkəsici və qan durulaşdırıcı kimi istifadə olunsa da, onun xərçənglə bağlı mümkün təsirləri də alimlərin diqqət mərkəzindədir. xəbər verir ki, "University of Oxford"də aparılan bəz

.

Bu meyvə C vitamini ilə zəngindir: Limon və portağal deyil

Jujube (hünnap) yüksək C vitamini tərkibi ilə limon və portağalı geridə qoya bilər. Uzaq Şərq təbabətində uzun illərdir istifadə olunan bu meyvənin immunitet sistemini gücləndirdiyi bildirilir. xəbər verir ki, mütəxəssisləri

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB

Sağ tərəfin "kişi" enerjisini, sol tərəfin isə "qadın" enerjisini təmsil etdiyi iddiaları yenidən ortaya çıxıb. xəbər verir ki, ilk baxışdan əhəmiyyətsiz kimi görünsə də, bunun hətta münasibət dinamikasın

.

Hər səhər acqarına bir qaşıq için - Damarları şüşə kimi təmizləyir

Ənənəvi tibbin minilliklər boyu davam edən sirri müasir elmlə qarşılaşır. Hər səhər acqarına qəbul edilən bu qarışım təkcə immunitet sistemini gücləndirmir, həm də ateroskleroza qarşı qalxan təmin edir. . xəbər verir ki

.

Qabığında elə faydası var ki

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. . 1. Antioksidant mənbəyidir Qabıqda polifenolla

.

Gözlərinizi ovuşdurarkən bir daha düşünün

Göz ovuşdurma vərdişi korneanın quruluşuna birbaşa təsir edərək görmə qüsurlarına zəmin yaradır.  xəbər verir ki, gözə edilən sərt və davamlı təzyiq, gözün ən ön təbəqəsi olan kornea toxumasının zamanla incəlməsinə və dikləşərə

.

Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?

Marketlərdən paketlənmiş toyuq əti alarkən çoxumuzun diqqət etmədiyi kiçik bir detal, əslində sağlamlığımız üçün ciddi xəbərdarlıq siqnalı ola bilər. Qida təhlükəsizliyi mütəxəssisləri qablaşdırmanın dibində yığılan çəhray

turlar.az

qadin sayti sade makiyaj sekilleri yay geyimləri 2026 gəlin paltarları plov reseptləri gənc ana pustenin faydalari kosmetika məsəllər heyati kurtlar vadisi qadin saglamlig suni mayalanma