Anası şəhidimizin tabutunu çiynində daşıdı - VİDEO
Orucəliyev Qabil aprelin 2-dən bu günə qədər cəbhədə davam edən gərginlik zamanı şəhid olan əsgərlərimizdəndir.
Vətən uğrunda şəhid olan Orucəliyev Qabilin meyiti ailəsinə təhvil verilib.
Qadinsayti.az xəbər verir ki, şəhidimizin dəfn mərasimində anası oğlunun tabutunu çiynində daşıyıb.
Bitib tükənməyən insan izdihamı ilə müşayiət olunan dəfn mərasimində Naxçıvan sakinləri şəhidi son mənzilə yola salıblar. Anası isə həm şərəflə , həm göz yaşı ilə balası ilə sağollaşıb.
Xatırladaq ki, Q.Orucəliyev Naxçıvan şəhərinin Xıncov məhəlləsində anadan olub. Tərtər istiqamətindəki döyüşlərdə ağır yaralanaraq həyatını itirib. Ölümündən əvvəl oğlu dünyaya göz açıb. Amma Orucəliyevin oğlunun nə səsini eşidib, nə də üzünü görüb. Q.Orucəliyev həyatda tək övlad olmaqla yanaşı, həm də atasız böyüyüb.
Dəfn mərasimindən görüntüləri təqdim edirik:
f Paylaş








Yuxuda sevdiyin insanı görmək
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Məşhur aktyor 46 yaşında vəfat etdi
İnsan hüceyrəsinin daxilinin ən detallı görüntüləri - İlk dəfə - (Foto)
Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)