Anasından sonra bacısını itirən Nüşabə Ələsgərli: "Bacımın övladlarına da... "
"Sənət dostlarım da, rəfiqələrim də deyirdilər ki, özünə qarşı diqqətli ol. Qız var, o deyir ki, bax səni döyəcəm, dur filan şeyi geyin, bu yerə gedək. Təmiz ruhdan düşmüşdüm. Qohumlarım: bibim, xalalarım, hamısı deyir ki, sən belə olanda biz əsəbiləşirik. Allaha da xoş getmir. Balaların var. Başına səndən də ağır iş gələn insanlar var. Bəs onlar nə etsinlər?".
Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Nüşabə Ələsgərli "ARB Ulduz"un "Şou məkan" verilişində deyib.
Müğənni dünyasını dəyişən bacısının övladına analıq etdiyini söyləyib:
"Hamı mənə deyir ki, övladlarını düşün. Axı mənim öz övladlarımdan başqa, bacımın da uşaqları var. Onların da ümid yeri mənəm, onlara analıq edirəm. Böyüyəndən sonra mən anamın anası oldum. Ərköyünlüyü də vardı. Nazını mən çəkirdim. Üstümdə hökmranlığı da var idi.
Anam 2014-cü ildə bacımım xəstəliyini eşidəndə vəziyyəti ağırlaşdı. Əməliyyat olundu. Yaxşı idi. 2015-ci ildə halı pisləşdi. Anam özünə diqqət yetirmədi. Onu gərək elə o vaxt Türkiyəyə aparardım. Özümü qınayıram."
N.Ələsgərli uzun müddətdir yeni mahnı oxumamasının səbəbini açıqlayıb:
"Mahnı mənə təqdim olunmalıdır. O, mənim bügünkü durumuma, ruhuma, yaşamıma uyğun gəlməlidir. Mən düşünmədən gedib onu oxumalıyam. Demirəm faciəvi olsun. Şıdırğı bir şey yox, romantik bir mahnı olsa, oxuyaram".
f Paylaş








Qadınları orqazma çatdıran 7 seks pozası
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Atam küçədə yığılıb qalıb, heç kim ona yardım etməyib
Boran' bu tarixdə 'Uzak şehir'ə vida edəcək
Məşhur aktyor vəfat etdi
Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir
Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri
Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr
Xadiməsi dünya ulduzunu məhkəməyə verdi - SƏBƏB
Bütün mahnılarım tarixdə qalıb, 30 ildir oxuyurlar' - Rəqsanə
Mən xarakterli qadınam, heç vaxt efirdə ağlamamışam' - Əməkdar artist
İmperator'un dövlətə bağışladığı mülklər - SİYAHI
Ürəyim bütün zəvvarlar kimi orada qaldı' - Aparıcı Məkkə ziyarətindən yazdı