Anasını az öncə itirən aşıq Telli danışdı: "Məni aldadırsız, anam ölməyib"
Tanınmış aşıq Telli Borçalıya ağır itki üz verib. Onun anası Savad xanım rəhmətə gedib.
Yeniçağ.az-a danışan Telli göz yaşlarına hakim kəsilə bilməyib:
"15 gün idi ki, Borçalıda anamın yanında idim. Xəstəxanaya aparmışdıq, müalicə almışdı. Evə gətirdik, dedim ki, ana daha yaxşısan, gedim Bakıya toyum var, sonra qayıdaram. Dedi ki, bala, yaxşıyam, get. Elə axşam evə çatmışdım, səhər xəbər gəldi ki, durma gəl. Dedim məni aldadırsız, anam ölməyib. Kaş anamın yanından aralanmayaydım. Nə biləydim ki, məni qoyub gedəcək".
Telli anasının arzularından da danışıb: "İstəyirdi xoşbəxt olum. Ana itkisini necə adlayacam, bilmirəm".
Qeyd edək ki, bu barədə sosial şəbəkədə şairə xanım Zöhrə Xəlil məlumat yayıb.
Xatırladaq ki, aşığın anası ötən il gözündən əməliyyat olunmuşdu. Mərhumun ölümünə səbəb ürək çatışmazlığı olub.
Allah rəhmət eləsin.
f Paylaş








Qadınları orqazma çatdıran 7 seks pozası
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Atam küçədə yığılıb qalıb, heç kim ona yardım etməyib
Boran' bu tarixdə 'Uzak şehir'ə vida edəcək
Məşhur aktyor vəfat etdi
Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir
Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri
Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr
Xadiməsi dünya ulduzunu məhkəməyə verdi - SƏBƏB
Bütün mahnılarım tarixdə qalıb, 30 ildir oxuyurlar' - Rəqsanə
Mən xarakterli qadınam, heç vaxt efirdə ağlamamışam' - Əməkdar artist
İmperator'un dövlətə bağışladığı mülklər - SİYAHI
Ürəyim bütün zəvvarlar kimi orada qaldı' - Aparıcı Məkkə ziyarətindən yazdı