Android cihazlarında təhlükəli viruslar aşkarlandı

Android cihazlarında təhlükəli viruslar aşkarlandıKibertəhlükəsizlik üzrə mütəxəssisləri XLoader adlı Android virusun daha təkmilləşdirilmiş təhlükəli versiyasını aşkar ediblər.
Lent.az xəbər verir ki, virusun təkmilləşdirilmiş versiyası daxil olduğu cihazda istifadəçinin heç bir əməliyyatına ehtiyac duymadan avtomatik şəkildə işə düşə bilir. XLoader adlı viruslar sinifi 2015-ci ildən mövcuddur və onlar Roaming Mantis adlı haker qruplaşması tərəfindən hazırlanır. Virusun yeni təkmilləşdirilmiş versiyası əvvəlki versiyalar kimi mətnli mesajlar üzərindən yayılır. Bu cür mesajlarda zərərli proqram təminatının yüklənilməsinə şərait yaradan lin yerləşir. Bu cür linkə klikləyəndən sonra istifadəçiyə Google Chrome brauzerinin quraşdırılması təklif edilir.
Virusun daha əvvəlki versiyalarında brauzerə daxil olmaq şərt idisə, indi brauzerin sadəcə olaraq quraşdırılması kifayət edir. Brauzer cihaza quraşdırılandan sonra onun tərkibindəki zərərli proqram təminatı fon rejimində çalışmağa başlayır. Özünü Google Chrome kimi maskalayan virus istifadəçidən bəzi əməliyyatların yerinə yetirilməsi üçün icazələr istəyir. Onların arasında mesajların mübadiləsi üçün nəzərdə tutulmuş messencerin quraşdırılması da var. İstifadəçidən lazımi icazələrin əldə edilməsindən sonra XLoader ona müxtəlif fişinq (phishing) tətbiqləri sərgiləməyə başlayır.
Bu üsul ilə virus istifadəçini həmin tətbiqlərin linklərinə daxil olmağa məcbur edir. Bununla yanaşı XLoader distant şəkildə 20 əməliyyatın yerinə yetirilməsi kimi bir özəlliyə sahibdir. Məsələn mesajların və fotoların hakerlərin serverlərinə göndərilməsi, zərərli proqram təminatını özündə birləşdirən mesajların istifadəçinin kontaktlarına göndərilməsi, digər zərərli proqram təminatlarının yüklənilməsi və s. Mütəxəssislər bildiriblər ki, öz cihazlarında aktiv Google Play Protect servisinə sahib istifadəçilər üçün XLoader virusu heç bir təhlükə daşımır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1685   Tarix: 15 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər

Bədəndə çox vaxt diqqətdən kənarda qalan bəzi əlamətlər yüksək xolesterin, damarların sərtləşməsi və hətta ürək çatışmazlığına işarə edə bilər. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bədəndə ortaya çıxan bəz

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır. Aparılan araşdırma nəticəsində məlum olub ki, müntəzəm qəhvə istehlakı əzələ itkisindən qoruyur. . -a istinadən qəhvənin 50 yaşdan yuxarı insanlarda əzələ itkisi prosesin

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Düzgün oturuş qaydası onurğanın təbii əyriliyini qoruyur və tez yorulmanın qarşısını alır. Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Elmi-Tədqiqat Travmatologiy

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

turlar.az

maskalar qadin sayti geymler 2026 qadın saytı endirimli paltarlar metbex allergiya kosmetika orqazm novruz bayramina aid hakisdalar sağlamlığa aid atalar sözləri sanamalar tərəzi bürcü