Anginanın xalq təbabəti üsulları ilə müalicəsi

Anginanın xalq təbabəti üsulları ilə müalicəsiİlk növbədə nəzərinizə çatdıraq ki, anginanı (tonzillit) yalnız və yalnız antibakterial preparatların ("antibiotik"lər) köməyi ilə müalicə etmək mümkündür.
Bu çox vacibdir. Müalicə olunmayan və ya düzgün şəkildə müalicə olunmayan tonzillit müxtəlif pozulmaların və xəstəliklərin (ürək və böyrək xəstəlikləri və s.) inkişafına səbəb ola bilər. Təbii ki, lazım olan "antibiotik" yalnız həkim xəstəni müayinə etdikdən sonra təyin edə bilər.
Antebakterial preparatlarla yanaşı müxtəlif xalq təbabəti üsullarından istifadə etmək olar. Bu üsullar xəstəliyin tez müalicə olunmasına çox yaxşı kömək edir. Bundan əlavə xroniki tonzilliti olan insanlar bu vasitələri profilaktik məqsədi ilə istifadə edə bilərlər. Bu vasitələr boğazın selikli qişalarının davamlılığının artmasına kömək edirlər və nəticədə insan daha gec-gec anginaya tutulur.
1. Antiseptik otların (çobanyastığı, adaçayı, kalendula, evkalipt) istifadəsi çox yaxşı effekt verir. İstənilən otdan 1 xörək qaşığı götürün, üzərinə 1 stəkan qaynar su tökün, 30 dəqiqə ərzində dəmləyin və süzün. Gün ərzində 3 dəfə qarqara edin (xəstəlik zamanı qarqaranı daha tez-tez etmək lazımdır). Dəmləmə üçün bu otların qarışığını da istifadə etmək olar. Hər otdan 1 xörək qaşığı götürüb qarışdırın. Bu qarışıqdan 1 xörək qaşığı dəmləyib qarqara edin.
2. Adi xörək duzu da çox təsirli antiseptikdir. 1 çay qaşığı duz 1 stəkan qaynar suda əridin və qarqara edin.
3. Propolis angina zamanı ən güclü təbii vasitələrdən biri sayılır. Məhz bu səbəbdən propolis anginanın müalicəsində istifadə olunan bir çox dərmanların tərkibinə daxil edilir. 1 çay qaşığı sürtgəcdən keçirilmiş propolis 1 stəkan qaynar suda 1 saat ərzində dəmlənilir və süzülür. Bu dəmləməni qarqara kimi istifadə edin.
4. Soğan suyu da həm angina zamanı, həm də bu xəstəliyin profilaktikasında çox yaxşı kömək edir. Bir neçə soğan sürtgəcdən keçirilir, tənzifə yığılır və şirəsi sıxılır. Daha sonra 2 xörək qaşığı şirəni 1 stəkan ilıq qaynanmış suya əlavə edin və qarqara edin.
5. Bal da çox təsirli vasitədir. Hər gün 1 çay qaşığı balı ağzınızda sümürün. Bu sadə vasitə ağız boşluğunda və boğazda olan mikroblarla mübarizə edir, immuniteti artırır.
6. 1/2 çay qaşığı üyüdülmüş zəncəfil 1 stəkan ilıq qaynanmış suya əlavə olunur və bu məhlulla qarqara edilir.
7. Angina zamanı və bu xəstəliyin profilaktikası məqsədi ilə inhalyasiyalardan istifadə etmək olar. Enli qaba isti su tökün, 2 damcı zəncəfil və 2 damcı evkalipt efir yağlarından əlavə edin və bu suyun buxarı ilə ağzınızla 4-7 dəqiqə ərzində nəfəs alın (su çox qaynar olmamalıdır ki, selikli qişalar yanmasın).

Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 2670   Tarix: 14 sentyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

turlar.az

yay kolleksiyasi kosmetika mehsullari yemek reseptleri gənc ana sevismeyin menasi pul kisəsi cinsi zəiflik kosmetika bir arzum var novruz hakisdalari kəlamlar qizliq perdesi novruz bayramına aid hakışta