"ANS açılacaq"

"ANS açılacaq"Bu gün ANS TV-nin bağlanmasından düz 6 ay keçir. Ölkənin ilk müstəqil telekanalı, 25 il Azərbaycan xalqına xidmət etmiş ANS-in açılması, təkrar izləyicilərin görüşünə gəlməsi mümkündürmü?

İstiPress-in əməkdaşı bu suallarla ANS prezidentinin müşaviri, Əməkdar Jurnalist Mais Məmmədova müraciət edib:

- Düzü, kanalın açılması ilə bağlı heç bir xəbər yoxdur, mənə zəng edirlər ANS-in nə zaman açılacağını soruşurlar, amma mənim bir konkret məlumatım yoxdur.

Mən bu gün qəzetdə oxuyuram ki, MTRŞ telekanalların və radioların lisenziyasını müddətsiz edib. Bu çox yaxşıdır. Amma bizim lisenziyanı isə ləğv edib. Axı biz nə etmişik? Mən bilirəm ki, biz həmişə Azərbaycan xalqına, bu ölkəyə, prezidentimizə bağlı olmuşuq. Biz həmişə öz Vətənimizə xidmət etmişik, cəbhələrdə olmuşuq.

"Eduard Şevarnadze, Bənazir Bhutto, Çingiz Aytmatov, Mstislav Rostropoviç, bizim çox hörmətli ümummilli lider Heydər Əliyev, prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva ANS barədə çox gözəl sözlər deyiblər."
Mən sizə bir şey deyim, bizim əsas ofisimiz indi bağlıdır. Orada dünyanın çox görkəmli ictimai xadimlərinin, dahi siyasət və mədəniyyət adamlarının şəkilləri və ANS haqqında fikirləri qorunmaqdadır. Eduard Şevarnadze, Bənazir Bhutto, Çingiz Aytmatov, Mstislav Rostropoviç, bizim çox hörmətli ümummilli lider Heydər Əliyev, prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva ANS barədə çox gözəl sözlər deyiblər.

Ola bilər ki, bizim müəyyən nöqsanımız olub. Amma yalnız işləməyən adamların nöqsanı olmur. Əgər nöqsanımız varsa, çağırın bizə məsləhət verin. Rəsmi məlumata görə, hələ istintaq gedir. 6 ay keçib, ortada heç bir nəticə yoxdur. Adətən bu kimi qərarı istintaq nəticəsində verirlər. Bizdə isə tərsinə olub, heç bir istintaqsız bizi bağlayıblar.

Mən inanıram ki, bizi gec-tez açacaqlar. 11 il qabaq da bizi bağlamışdılar. Onda cənab prezident İlham Əliyev bizə böyük dəstək verdi. Ümid edirəm indi də dəstək verəcək. Mənim 79 yaşım var. Cəbhəni də, Xocalını da görmüşəm, Qarabağı qarış-qarış gəzmişəm. 79 illik mübarizə mənim sağlamlığı əlimdən alıb. Mənim ən böyük arzum odur ki, ANS açılsın və heç olmazsa, bir həftə orada çalışım. Ondan sonra bu dünyadan rahat gedə bilərəm.

ANS-in açılmasını tək mən deyil, bütün Azərbaycan gözləyir!

Xəbərlər     Baxılıb: 2677   Tarix: 18 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız

"Ət yeyən bakteriya" kimi tanınan infeksiya nadir hallarda rast gəlinməsinə baxmayaraq, sürətlə inkişaf etməsi və ağır nəticələrə səbəb olması ilə diqqət çəkir. . xəbər verir ki, xəstəlik vaxtında müdaxilə olunmadıqd

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Bu dərmanlar qarın ağrısı yarada bilərlər

Qarın ağrısı və ishal hər zaman qida zəhərlənməsi demək deyil. Bəzən səbəb tam gözlənilməz ola bilər.  xəbər verir ki, qastroenteroloq Kristin Li bildirib ki, bu cür narahatlıqlar bəzi vitamin və mineral əlavələrinin qəbul

.

Kəpəyi yox edən təbii üsullar

Saç dibindəki ekzema və kəpək problemi bir çox insan üçün əsl baş ağrısına çevrilib. Bahalı kimyəvi şampunlar bəzən istənilən nəticəni vermir. Lakin ev şəraitində hazırlanan təbii qarışıqlar bir neçə dəqiqəlik masajla b

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

.

Parfümlərin içində at sidiyi aşkar edildi: Dərini məhv edir

Lüks ətirlərin qiyməti artdıqca, istehlakçılar "tester" və ya "kimsəsiz" adlandırılan şübhəli məhsullara yönəlirlər. Lakin bu şüşələrin içindəki maddələr sadəcə iyrənc deyil, həm də həyati təhlükə daşıyır

.

Keçmişdə saqqızı görün necə istifadə edirlərmiş

Bu gün saqqız adi və zərərsiz vərdiş kimi qəbul olunsa da, onun tarixi minilliklər əvvələ gedib çıxır. İnsanlar hələ qədim dövrlərdə müxtəlif bitki qatranlarını çeynəyərək həm ağızlarını təmizləməyə, həm də nəfəsi təravətləndirməy

.

Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr

Dişlərin gündəlik fırçalanması sağlam həyat tərzinin ayrılmaz hissəsidir. Mütəxəssislər bildirirlər ki, dişləri hər gün düzgün qaydada təmizləmək diş çürüməsi və diş əti xəstəlikləri riskini ciddi şəkildə azaldır. xəbər veri

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

turlar.az

yay kolleksiyasi toy makiyajlari qadin dunyasi ibrətamiz sözlər balqabağın faydaları gözəl geyimlər ilk tibbi yardım kosmetika usaq geyimleri xlor lekesi novruz bayramı layla salam