ANS-in tanınmış aparıcısı metroda öpüşənlərə haqq qazandırdı: "Metroda mən də öpüşmüşəm" - FOTO
Xəbər verdiyimiz kimi, dünən Bakı metrosunda iki gəncin öpüşmə xəbəri media geniş müzkirələrə səbəb olub.
Xanim.az xəbər verir ki, bu məsələyə tanınmış simalar da münasibət bildirib. "Pəncərə" verlişinin aparıcısı Rahil Sayadoğlu da müzkirələrdən kənarda qalmayıb.
"Metroda mən də öpüşmüşəm. (təbii ki, yüngülvari). Axırıncı stansiya idi, qatarda 1-2 nəfər vardı, onlar da bizdən uzaqda dayanmışdı. Özümüzü saxlaya bilmədik. Yəni o təpikdən biri də mənə dəyə bilərdi. Bütün varlığımla o gənclərin yanındayam. Hislərə qapılıb öpüşüblər, ən pis halda yaxınlaşıb irad bildirmək olar ki, gənclər, bəlkə lazım deyil? Camaat da baxır, gəlin mən sizə boş yer göstərim, prosesə orda davam eliyin. Bax bu olardı etik-ziyalı-alicənab reaksiya. O gənclərin etdiyi uşaqlıq-səbrsizlik-birazzzca da anarxist davranış sayıla bilər, amma o məllimin etdiyi özbaşınalıq və biabırçılıqdı. Əminliklə deyirəm ki, onların dodağı sizin ayağınızdan daha təhlükəsizdi, Xaqani müəllim.










8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Vətən haqqında bayatılar
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Azərbaycanlı alim vəfat etdi
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın