ANS-in tanınmış aparıcısından Ramil Usubova ŞİKAYƏT

ANS-in tanınmış aparıcısından Ramil Usubova ŞİKAYƏTMüğənni Samir Piriyevin vəkili Ceyhun Yusifov müvəkkilinin televiziya verilişi aparıcısı Kamran Həsənlidən verdiyi şikayətlə bağlı açılan cinayət işi üzrə istintaq hərəkətlərinin ləng aparılması haqda daxili işlər naziri Ramil Usubova müraciət edib.

C.Yusifov bildirib ki, K.Həsənlinin Türkiyədəki şirkətdə pay sahibi olub-olmamasına dair qonşu ölkəyə sorğu göndərilib:

"Bir ildən çoxdur ki, müstəntiq Rüstəm Bayramov Türkiyəyə sorğu göndərmək adı ilə istintaqı dayandırıb. Bir ilə sorğuya cavab ala bilməyən müstəntiqin apardığı istintaqın keyfiyyəti necə olacaq? Konkret olaraq Kamran Həsənli və bacısı Gülər himayə olunur. Əslində, həmin sorğu lazım da deyil, sadəcə istintaqı uzatmaq üçün vasitə kimi istifadə edirlər. Kamran Həsənlinin və bacısının etirafları cinayəti sübut edir".

Vəkil nazirə müraciət edərək bu işi öz nəzarətinə götürməyi xahiş edib.

K.Həsənli bildirib ki, pulları Türkiyədə fəaliyyət göstərən bir şirkətin səhmlərini S.Piriyevin adına almaq üçün qəbul edib.

Qeyd edək ki, S.Piriyev Nərimanov RPİ-yə müraciət edərək K.Həsənlinin ondan 85 min dollar alıb qaytarmadığını bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Bakı Şəhər Baş Polis İdarəsində istintaq davam etdirilir. K.Həsənli və bacısı G.Həsənlinin ölkədən çıxışına qadağa qoyulub.

Mənbə: qafqazinfo

Xəbərlər     Baxılıb: 2402   Tarix: 12 may 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

qaşların formalari geyim necə seçməli toy makiyaji sekilleri pilinqin hazirlanmasi çanta dəriyə qulluq praktik kosmetika kökəlmək üçün nizami gəncəvi novruz hakışdaları maraqlı atalar sozleri