Antibiotik xəbərdarlığı: "Hər gün qəbul edilməzsə…

Antibiotik xəbərdarlığı: "Qış mövsümündə vətəndaşlar artan xəstəliklərdən qorunmaq üçün tez-tez antibiotiklərdən istifadə edirlər. Lakin zərərli bakteriyaları məhv edən antibiotiklər, həmçinin immunitet sisteminə də zərər verə bilər".
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə yoluxucu xəstəliklər və klinik mikrobiologiya üzrə türkiyəli mütəxəssis Müzalin Çiğdem Yıldırım danışıb.
Antibiotik istifadəsində çox diqqətli olmağı tövsiyə edən mütəxəssis bu dərmanların yan təsirlərindən də bəhs edib.
"Antibiotiklər təsirli dozalarda, optimal fasilələrlə və uyğun zamanda istifadə edilməlidir. Ən çox görülən yan təsirləri qaşınma, səpgilər, nəfəs darlığı, ürək döyüntüsü kimi allergik simptomlar və ishal, qəbizlik, ürəkbulanma, qusma və qarın ağrısı kimi həzm sistemi narahatlıqlarıdır. Bəzi antibiotiklər qadınlarda vaginal pozğunluqların yaranmasına da səbəb ola bilər", - deyə Müzalin Çiğdem Yıldırım bildirib.
Mütəxəssisin sözlərinə görə, antibiotiklər həkim tövsiyəsi olmadan reseptsiz istifadə edilərsə, başda böyrək və qaraciyər olmaqla bir çox orqanlara zərər verə bilər.
"Bəzi antibiotiklər digər dərmanlarla qarşılıqlı təsir göstərə bilər. Bu da müxtəlif reaksiyaların yaranmasına və ya hər hansı müalicənin effektivliyinin azalmasına səbəb ola bilər", - deyə o əlavə edib.
"Antibiotiklər hər gün eyni vaxtda qəbul edilməlidir. Bu, həm dərmanın təsir müddəti, həm də müqavimətin formalaşması baxımından vacibdir", - deyə Yıldırım bildirib.
Əksər antibiotik müalicəsinin 7-14 gün davam etdiyini bildirən mütəxəssisin sözlərinə görə, bəzi hallarda daha qısamüddətli müalicələr də müsbət nəticələr verə bilər.
"Müalicə başa çatmamış antibiotik qəbulu dayandırılarsa, bu zaman bakteriyaların tamamilə məhv olması və tam sağalma mümkün olmaz. Bakteriyalar daha sonra antibiotiklərə qarşı davamlılıq qazana bilər və dərmanlar təsirini itirər. Hər bir antibiotikin optimal təsir müddəti var ki, buna əməl edilməzsə, dərmanın təsiri azala bilər, həmçinin bakteriyalar çoxalmağa başlayar. Antibiotiklər ən tez 72 saat ərzində təsir göstərir. Əgər vaxtında qəbul etməmisinizsə, xatırladığınız zaman qəbul edə bilərsiniz. Əgər buraxılmış dozanın vaxtı ilə yeni dozanın qəbul vaxtı üst-üstə düşürsə, həmin saatda qəbul ediləcək dozanı içə bilərsiniz", - deyə Müzalin Çiğdem Yıldırım qeyd edib.
Milli.Az

Xəbərlər     Baxılıb: 902   Tarix: 29 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

sade makiyaj sekilleri qadın geyimi donlar 2026 zirinc faydalari qizi ehtiraslandiran sozler qarağatın faydaları qonaq otagi dizaynlari kosmetika efsaneler yuxuda qara ilan gormek uşaq şeirləri xanim.az yemekler