Antibiotiklər can alır: Hər 45 saniyədə bir insan ölür

Antibiotiklər can alır: Hər 45 saniyədə bir insan ölürAnkara Universiteti Baytarlıq fakültəsi dekanı professor Ender Yarsan dünyada hər 45 saniyədə bir insanın antibiotiklərə davamlı infeksiyalar səbəbiylə öldüyünü bildirərək, tədbir görülməsə, 2050-ci ilə qədər bu rəqəmin hər 3 saniyəyə düşəcəyi ilə bağlı xəbərdarlıq edib. 
O vurğulayıb ki, 2004-cü ildə dərc olunan hesabata görə, dünyada antibiotik istifadəsinin miqdarı 80 min tondan artıb.
Milli.Az lent.az-a istinadən bildirir ki, onun sözlərinə görə,  antibiotiklərdən rasional, şüurlu və təhlükəsiz istifadə son dərəcə vacibdir. Əks halda, antibiotiklərə qarşı müqavimət yarana və ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. 
Antibiotik müqavimətinin getdikcə artan problem olduğunu bildirən Yarsan deyib: "Antibiotiklərə qarşı müqavimət yarandıqda, mikroorqanizmlər dərmandan təsirlənmir və bu, ölüm nisbətlərini ciddi şəkildə artırır. 2016-cı ildə aparılan araşdırmaya görə, dünyada təxminən 700 min insan antibiotiklərin yaratdığı infeksiyalar səbəbiylə həyatını itirib. davamlı mikroorqanizmlər bu tendensiya davam edərsə, 2050-ci ildə bu rəqəm ildə 10 milyon nəfərə çatacaq". 
2024-cü ildə dərc olunan hesabata toxunan Yarsan 2019-cu ildə 1 milyon 200 min insanın antibiotiklərə davamlı infeksiyalar səbəbindən öldüyünü, 2021-ci ildə isə bu rəqəmin 4 milyon 700 minə yüksəldiyini bildirib. 
"Hər 45 saniyədə bir insan antibiotikə davamlı infeksiyalar səbəbiylə ölür. Əgər tədbir görülməzsə, bu rəqəm 2050-ci ildə hər 3 saniyədə olacaq", - professor vurğulayıb.
Antibiotik müqavimətinin qarşısını almağın ən mühüm yolunun dərmanların düzgün dozada və müddətdə istifadə edilməsi olduğunu deyən Yarsan, antibiotik müalicəsinin müddətini tamamlamanın vacibliyini qeyd edib.
"Antibiotiklərin son istifadə müddətindən əvvəl dayandırılması müqavimətin artmasına səbəb olacaq" deyən Yarsan, müalicə prosesinin mütləq həkim nəzarətində olması lazım olduğunu da əlavə edib.
Milli.Az

Xəbərlər     Baxılıb: 1279   Tarix: 21 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

hamiləlik kosmetik vasiteler geyim dəbləri hamilə qadın kələm salatı buruq saclara qulluq aybaşı sikli kosmetika hakisda haxışda tut ağacı tutdudu dovsan kökəlmək üçün