Antiseptiklərdən istifadə ölümə aparır - XƏBƏRDARLIQ
COVID-19-un qarşısını almaq üçün müxtəlif növ əl təmizləyicilərinin geniş miqyaslı istifadəsi daha təhlükəli viruslar yarada bilər.
Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, tədqiqatçılar antiseptiklərdən həddindən artıq istifadənin antibiotik müqavimətini inkişafına və insan ölümünə səbəb olacağı barədə xəbərdarlıq edib.
Məlumatda qeyd edilib ki, koronavirusun qarşısını almaq üçün hər kəsin bildiyi kimi insanlar üz maskaları taxmalı, əllərini tez-tez sabun və ya antiseptiklərlə yumalı, sosial məsafəni qorumalıdır. Son zamanlarda əl təmizləyicilərinin və antibakterial komponentləri olan jellərin satışında sürətli artım olub. Alkohol əsaslı əl təmizləyicilərindən həddindən artıq istifadə, digər bakteriya və virusların uyğunlaşmasına və antibiotik müqavimətini inkişaf etdirməsinə imkan verir.
Dünyanın bir çox ölkəsində koronavirus infeksiyası qorxusu antiseptiklərin kütləvi alqı-satqısına səbəb olub.
Doktor Kemp bildirib ki, dərinin bakteriya və viruslardan təmizlənməsi üçün ən yaxşı yolun əllərin sabunla yuyulmasıdır.
"Antiseptiklərdən ancaq su və sabun olmayan yerlərdə istifadə edilməlidir. Antiseptiklərdən ancaq başqa çarə olmadıqda, fövqəladə hallarda istifadə edilməlidir. Əks halda bəşəriyyət antibiotiklərə antibiotikə davamlı bakteriya və virusların yaratdığı bütün Armageddonla qarşılaşacaq".
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir